"Azərbaycan Ermənistanın təxribatçı hərəkətlərinə əbədi dözmək fikrində deyil" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Son vaxtlar Ermənistan və Qarabağdakı separatçı qeyri-qanuni silahlılar hər gün təxribata əl atır. O cümlədən, Ermənistanın ərazilərimizdə basdırdığı minalar da yeni canlar almaqda davam edir. Həm təxribatları davam etdirməklə, həm də minalanmış ərazilərin dəqiq xəritələrini verməməklə Ermənistan özünün çirkin niyyətlərindən daşınmadığını sübut edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Deputat sözlərinə belə davam edib: "Düzdür, hər bir təxribatın qarşısı çox ciddi şəkildə cavablandırmaqla alınır. Amma mina təxribatının qarşısını almaq çətindir və minalanmış ərazilərin dəqiq xəritələri verilməzsə, dinc insanların minaya düşmə halları uzun zaman davam edəcək. Dünya birliyi ermənilərin terrorçu və separatist mahiyyətini bilə-bilə yenə Ermənistanı dəstəkləməkdə davam edir.
Azərbaycan Ermənistanın təxribatçı hərəkətlərinə əbədi dözmək fikrində deyil. Hər bir cinayət hərəkətinin sonu gəlməlidir. Əgər dünya birliyi beynəlxalq hüququ və ədaləti dəstəkləyərək separatçıların ərazilərimizdə mövcudluğunun qarşısını almağa töhfə verməzsə, Azərbaycan bu işin yenidən güc yolu təmin edilməsinə məcbur olacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB