“Azərbaycan separatçılara uzun müddət dözmək fikrində deyil“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan separatçılara uzun müddət dözmək fikrində deyil“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatdakı öhdəliyinə hörmətlə yanaşır. Ancaq bu o demək deyil ki, Azərbaycan bu gün Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə dövlətçiliyimiz əleyhinə yönələn, Azərbaycanın suveren hüquqlarına riayət etməkdən imtina edən terrorçu qrupların özbaşınalığına dözmək fikrindədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, həmin coğrafiya Azərbaycan ərazisidir və orada yaşayanlar qanunlarımıza tabe olmalıdır: “Məhz bu səbəbdən Azərbaycan Laçın şəhərində sərhəd-keçid məntəqəsini qurdu. Çünki Azərbaycan Ermənistanın Laçın dəhlizindən sui-istifadə etdiyinin, Qarabağ iqtisadi zonasına qeyri-müəyyən sayda texnika və hərbi qüvvə yerləşdirdiyinin şahidi olmuşdu. Bunlar ərazilərimizdə mina basdırır, hərbi postlarımıza hücum edirlər. Bu baxımdan Laçın sərhəd-keçid məntəqəsinin yaradılması prosesləri müəyyən qədər nəzarət altına almağa imkan verdi.

Ərazilərimizdə mövcud olan separatçı qüvvələr bilməlidir ki, onların fəaliyyəti əbədi deyil və Azərbaycan onlara uzun müddət dözmək fikrində də deyil. Azərbaycana qarşı hər hansı bir təxribat törədiləcəksə, qarşılığında layiqli cavab veriləcəkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə