“Azərbaycan, Gürcüstan və Ermənistan səmərəli əməkdaşlıq qurmalıdır” - SƏFİR
“Qazaxıstan Cənubi Qafqazda kommunikasiyaların açılmasında maraqlıdır”. SİA xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Ermənistan səmərəli əməkdaşlıq qurmalıdır: "Bu, bizim üçün, Mərkəzi Asiya ölkələri üçün və regionda sülhün olması üçün vacibdir".
Səfir sözlərinə belə davam edib: “İndi regionda sədd və maneələr qurmaq yox, mümkün qədər çox rabitə və marşrutlar açmaq lazımdır. Mərkəzi Asiyanın dünya okeanlarına və dənizlərinə çıxışı yoxdur, ona görə də bütün nəqliyyat və logistika marşrutlarının şaxələndirilməsi bizim üçün vacibdir. Biz Orta Dəhlizin inkişafı üzərində, həmçinin, Azərbaycan kimi Şimal-Cənub dəhlizi istiqamətində çalışırıq. Biz məhsullarımızı Pakistan üzərindən Çinə daşıyıb ixrac edirik. Bütün marşrutlar bizim üçün önəmlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB