Makron Cənubi Qafqaza gəlir? - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Sosial şəbəkələrdə Fransa prezidenti Emmanuel Makronun Cənubi Qafqaza səfər edəcəyi ilə bağlı xəbərin yayılması əslində, nəbz yoxlamaq məqsədi daşıyırdı. Cənubi Qafqaz səfərinin uğurlu olması üçün görünür ki, Azərbaycan hakimiyyəti ilə də gizli kanallar vasitəsilə danışıqlar aparılıb. Lakin bu, gözlənilən effekti verməyib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Natiq Miri deyib.

Politoloq sözlərinə davam edərək bildirib ki, indiki vəziyyətdə Fransanın moderatorluğu mümkün deyil: "Çünki Fransa Ermənistanın yanında olan və ona havadarlıq edən bir dövlətdir. Belə olduğu təqdirdə həlledici vasitəçi timsalında iştirakı mümkünsüzdür. Ona görə də olmayan bir şey haqqında danışmaq, analizlər vermək doğru olmaz. Fransa bildirdi ki, Cənubi Qafqaza səfər nəzərdə tutulmur. Bəlkə də nəzərdə tutulurdu, sadəcə verilən cavab onları qane etmədi deyə səfər təxirə salındı. Daha sonra isə bu məlumatın yalan olduğuna heç bir şübhə qalmasın deyə Banqladeşə səfər ilə bağlı əlavə məlumat yaydılar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə