“BBC erməniləri müdafiə edən şəxslərin açıqlamalarına daha çox yer verir” POLİTOLOQ ŞƏRH ETDİ

“BBC erməniləri müdafiə edən şəxslərin açıqlamalarına daha çox yer verir” POLİTOLOQ ŞƏRH ETDİ

“Son zamanlar dünyanın ən nəhəng media orqanlarında biri olan BBC-nin erməni maraqlarından çıxış etməsi təəssüf doğurur. Yəni, özünün birtərəfli qərəzli siyasəti ilə BBC jurnalistika prinsiplərindən və regionda mövcud olan reallıqlardan nə qədər uzaq olduğunu nümayiş etdirir”. Bunu SİA-ya açıqlamasında politoloq Mətin Məmmədli dəyib.

Onun sözlərinə görə, BBC erməniləri müdafiə edən şəxslərin açıqlamalarına daha çox yer verir: “Bu açıqlamalar da tamamilə yalan böhtan üzərində qurulub. Yəni, bir media orqanı hər hansı bir problem və münaqişə haqqında informasiya hazırlayırsa, təbii ki, hər iki tərəfin mövqeyini işıqlandırmalıdır. Əks halda qeyd etdiyimiz kimi, bu jurnalistika prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu hal, ilk növbədə, həmin media orqanının qərəzli yanaşdığını təsdiq edir. BBC-nin belə bir fəaliyyət göstərməsini təbii ki, müxtəlif səbəbləri ola bilər. Düşünürəm ki, ən əsas səbəb, ilk növbədə, ABŞ-da və Qərbdəki müəyyən ermənipərəst dairələrin təsiri ilə BBC belə bir mövqe ortaya qoyur. Bildiyimiz kimi, artıq son zamanlar Azərbaycana qarşı çox güclü bir təbliğat kampaniyası aparılır və bu təbliğat kampaniyasına da Qərbin və dünyanın bir sıra dövlətləri, beynəlxalq təşkilatları və müəyyən dairələr də qoşulub. Görünən odur ki, BBC-də belə bir qərəzli jurnalistika prinsiplərindən uzaq fəaliyyəti ermənilərin başlanmış olduğu bu təbliğat kampaniyasına müəyyən mənada qoşulub. Ancaq çox arzu edərdik ki, BBC öz ciddi səhvini düzəldərdi və Ermənistan -Azərbaycan münasibətləri ilə bağlı hər iki tərəfin mövqeyini ifadə edən reportajlar verərdi, müsahibələr yayımlayardı. Hər halda biz belə bir mövqeni BBC-dən gözləyirik. Əks halda təbii ki, BBC ilk növbədə, dünyada öz nüfuzuna və imicinə çox ciddi zərbə vurmuş olacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə