"Ərazi bütövlüyümüzə təhdidlər çoxalarsa,..." - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan Ermənistana sülh əlini uzadıb münasibətlərə yeni səhfədən başlamağı təklif etdi. Amma təəssüf ki, son vaxtlar Ermənistan müharibənin başa çatmasından keçən üç ilə yaxın müddətdə ölkələrarası münasibətlərin normallaşdırılması ilə bağlı əldə olunmuş razılaşmaları ayaq altına ataraq yenidən vəziyyətin gərginləşməsinə aparan siyasət yürütməyə başlayıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Ermənistanla sülh dilində danışmaq getdikcə çətinləşir: "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadığından yenidən müharibənin başlanması istisna deyil və an məsələsidir. Azərbaycan suverən ərazilərin bütövlüyünü döyüş meydanında torpaqlarda işğala son qoydurmaqla təmin etmişdir və daxili məsələləri heç kimlə müzakirə etmək fikrində deyil".
Deputat sözlərinə belə davam edib: "O cümlədən ərazi bütövlüyümüzə təhdidlər çoxalarsa, ölkəmiz yenidən silaha əl atmağa məcbur olacaq. Ermənistan havadarlarına çox arxayınlaşıb çaşmamalı və yaddan çıxartmamalıdır ki, “Dəmir yumruq” yerindəndir. “Dəmir yumruq” yenidən işə düşərsə bunun onlar üçün çox ağır nəticələrlə başa çatacağına şübhə etməsinlər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB