"Ermənistan yenidən müharibə edə biləcək gücdə deyil" - EKSPERT ŞƏRH ETDİ
“Ermənistan bu gün strateji, taktiki məntəqələrə nəzarət etmək uğrunda mübarizə aparır. Ermənistan istər Azərbaycanla şərti dövlət sərhəddində, istərsə də, Qarabağ ərazisində maksimum şəkildə məntəqələrdə üstünlük əldə etmək istəyir. Bunun da əsas səbəbi Azərbaycan ordusunun son 3 il ərzində uğurlu hərbi, anti-terror əməliyyatları həyata keçirməklə ciddi məntəqlərə nəzarəti öz üzərinə götürməsidir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, ermənilər dünya ictimaiyyətində münaqişənin həll edilməməsi ilə bağlı fikir yaratmağa çalışırlar: “Düşünürəm ki, 2023-cü ildə heç bir müharibə təhlükəsi yoxdur. Çünki dünyanın və regional güclərin yenidən regionda belə bir münaqişənin alovlanmasında maraqları yoxdur. Ermənistanın tabe olduğu ölkələr müəyyən təxribatları istisna etməklə, bu məsələdə olduqca sərt mövqedədirlər. Eyni zamanda Ermənistanın maliyyə imkanları yenidən müharibə edə biləcək gücdə deyil. Ermənistanın siyasi, hərbi rəhbərliyi də bunu çox yaxşı bilir. Buna görə də yenidən müharibənin başlaması haqqında səsləndirilən fikirlər əsassızdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB