“Ermənistanın silahlandırılması prosesi gedir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistanın silahlandırılması prosesi gedir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Son vaxtlar ermənilər ciddi sürətdə atəşkəs rejimini pozur, mövqelərimiz atəşə tutulur. Erməni terrorçu dəstələri pilotsuz uçuş aparatlarından da istifadə etməklə hücuma keçir və mövqelərimizin öyrənilməsi məqsədilə kəşfiyyat uçuşları icra edir”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

İlyas Hüseynov bu kimi təxribatların təhlükəsizlik sisteminə təhdid olduğunu bildirib: “Ümumiyyətlə, üç il öncə də Ermənistan yeni torpaqlar işğal etmək istəyirdi. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan yeni ərazilər üçün yeni müharibələr hərbi doktrinasını irəli sürmüşdü. Lakin Azərbaycanın Müzəffər ordusu uğurlu əks hücum əməliyyatını həyata keçirərək düşməni məğlubiyyətə uğratdı və Azərbaycan ordusu tarixi zəfər qazandı, işğal altında olan torpaqlarımız azad olundu. Sanki üç ildən sonra da Ermənistan revanş almaq istəyir. Ordumuza qarşı genişmiqyaslı hərbi planlar qurulur və Ermənistanın silahlandırlması prosesi gedir və burada müxtəlif dövrlər Fransa timsalında iştirak edir. Hətta Fransanın prezidenti Makron İrəvana səfər edəcək. Şübhəsiz ki, burada da hərbi texniki əməkdaşlıq gündəlikdə olacaq. Ona görə də, düşünürəm ki, Azərbaycan yalnız bu hərbi təxribatlara, hərbi cəhətdən Azərbaycanın məğlub etmək istiqamətində olan məkirli planlara cavab olaraq öz ordusunu gücləndirməli və təhlükəsizlik sahəsində diqqəti bir qədər də artırmalıdır. Bizim dostlarımız Türkiyə, İsrail və Pakistanla mütəmadi sıx təmaslar, hərbi müzakirələr, müşavirələr və məsləhətləşmələr icra olunmalıdır ki, daima ayıq-sayıqlıq təmin olunsun və təhlükəsiz seqmenti gücləndirilsin”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə