“Azərbaycan ərazilərini separatçılardan tamamilə təmizləyəcək” - DEPUTAT DANIŞDI

“Azərbaycan ərazilərini separatçılardan tamamilə təmizləyəcək” - DEPUTAT DANIŞDI

“Sülhməramlıların Rusiya pasportu verdiyi erməniləri ərazilərimizdən çıxarmağa başlamasının müxtəlif səbəbləri var. Köç etməyə başlayanlar artıq düzgün qərara gəliblər ki, getməyin vaxtı çatıb. Əks təqdirdə isə Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, arzu olunandır ki, daha çox erməni ərazilərimizi tərk etsin:

“Digər bir tərəfdən Rusiya hərbi kontingenti getdikcə separatçıların vəziyyəti gərginləşdirdiyini görür və bunun yaxşı nəticə verməyəcəyini də bilirlər. Buna görə də Rusiya pasportu verdikləri şəxsləri ərazidən çıxarırlar.

Görünən odur ki, separatçılar silahlanmaqda davam edirlər. Azərbaycan isə öz ərazilərini onlardan tamamilə təmizləyəcək. Təmizlənmə isə hərbi güc tətbiq edilməsi ilə baş tutacaq. Bunu hiss edən ermənilər də başlarının çarəsini qılırlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə