Qarabağdakı ermənilərin susuzluqdan “çızzaq”ları çıxıb..?

Qarabağdakı ermənilərin susuzluqdan “çızzaq”ları çıxıb..?

Azərbaycan tərəfinin Laçın dəhlizini “blokadaya alması səbəbindən” Dağlıq Qarabağ sakinlərinə su çatmır. Ermənilərin susuzluqdan “çızzaqları” çıxıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Badalyanın sözlərinə görə, tanınmamış “artsax”da insanlar nasoslar üçün yanacaq çatışmazlığı səbəbindən yay havasında sudan məhrum olurlar. Doğrudur, nasoslar sazdır, amma yarım güclə işləyirlər.

Səbəb Ermənistandan humanitar yüklərin və yanacağın gətirildiyi yolun bağlanmasıdır.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini xahiş etdiyi bildirilib.

Deyirəm, erməni xislətinə aid başqa söz tapmaqda çətinlik çəkdiyim üçün elə “şərhsiz” yazıram.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə