""Qisas" əməliyyatının davam etməsi istisna hal deyil" - HƏRBİ EKSPERT BİLDİRDİ

""Qisas" əməliyyatının davam etməsi istisna hal deyil" - HƏRBİ EKSPERT BİLDİRDİ

“Ermənistan tərəfindən maliyyələşən xunta rejimi və onun nəzarətində olan erməni silahlıları Azərbaycan ərazisindən təmizlənənə qədər ordumuzun “Qisas” əməliyyatını davam etdirməsi və onun növbəti mərhələlərini həyata keçirməsi mümkündür. Bu, heç vaxt istisna olunmayıb və həmin silahlılar təmizlənib qurtarana qədər belə əməliyyatların keçirilməsi istisna olunmayacaq”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, ötən il martın 24-də Fərrux əməliyyatı ilə başlayan Azərbaycan Ordusunun uğurları bugünkü günə qədər davam etməkdədir: “Bu müddət ərzində Azərbaycan Silahlı Qüvvələri Laçın sərhəd-keçid məntəqəsi və Laçınla Gorus arasındakı şərti sərhədlərimizin bərpa olunmasını nəzərə almaqla ümumilikdə 12 dəfə uğurlu əməliyyat keçirib. Azərbaycan-Ermənistan şərti sərhəddində isə bunlardan başqa 5 uğurlu əməliyyat həyata keçirilib. Yaxın perspektivdə, xüsusilə 2023-cü il ərzində yenidən belə əməliyyatların baş tutması gözlənilir. Ümumilikdə 2023-cü il Ermənistan və Qarabağdakı erməni silahlıları üçün sürprizlər ilidir. Hesab edirəm ki, bu sürprizlərin davamı olacaq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə