"Qərb Ermənistanın boyuna biçilən bir cəmiyyətdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Nə zaman ki türk diqqəti cəlb etmirdi, dünya tarixində istehzalı şəkildə köçəri bir hal kimi xarakterizə olunurdu. Zaman gəldi Osmanlı dövləti quruldu və bu dövlət üç qitədə torpaq sahibi oldu, onda Qərb narahatlıq keçirdi, gecə-gündüz İstanbuldan, indiki Türkiyə Cümhuriyyətindən yazdı. O cümlədən, türk dünyasına daxil olan Azərbaycan da bu birliyin tərkib hissəsidir. Tarix boyu ermənilərin gözü bu torpaqlarda olub. Özlərinin bacarığı olmayıb, əvəzində bu torpaqlara sahib olmaq üçün ya Rusiyadan, ya da Qərb dövlətlərindən istifadə ediblər. Nəhayət, ermənilər arzularına çatdı və ədalətsizliklə Azərbaycan torpaqları işğal olundu. İrəvan xanlığının paytaxtı onlara verildi. Bir daha təkrarlamaq yerinə düşər ki, ermənilərin gücünə görə yox, türkü görmək istəməyənlərin yaratdığı şəraitə görə Qərbi Azərbaycan deyilən torpaqlar əlimizdən alındı. Erməni də müsəlmana olan düşmən münasibətinə əyani şəkildə göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədə isə 30 il işğal altında olan torpaqlarımızı azad etdik: “Qərb gah bizi təhdid etdi, gah hansısa məhkəmələrlə qorxutmağa çalışdı. Lakin biz öz yolumuzla- haqq yolu ilə irəlilədik. Bu yolda Azərbaycanın güclü ordusu, xalqı və onu “dəmir yumruğ”a çevirən Ali Baş Komandanı var. Ona görə də erməni öz maraqlarını təmin etmək üçün hər şeyi edir və edəcək. Bu xalqın canında və qanında düzlük yoxdur. Qərb isə Ermənistanın boyuna biçilən bir cəmiyyətdir. Qərb dövlətləri bunları ona görə edir ki, erməni həmişə onun yanında olsun. Bu səbəbdən Qərb Azərbaycana qarşı onu qəsbkar dövlət adlandıraraq yalançı təbliğat aparır”.

Deputat sözlərinə davam edərək bildirib ki, Qərb nə deyirsə desin, bugünkü Azərbaycan 90-cı illərdəki dövlət deyil: “Bugünkü gündə xalq başa düşür ki, erməniyə rəhm yoxdur. Ordumuz onlara qarşı heç bir güzəşti qəbul etmək istəmir. Çünki orduya rəhbərlik edən Ali Baş Komandan deyir ki, erməni millətini heç vaxt bağışlamaq olmaz. Bugün olmasa da, sabah erməni ilə qonşu kimi yaşamaq olar. Amma ermənilərin xalqımızın başına açdığı müsibətləri unuda bilmərik. Yazılan tarix baş verənləri özündə əks etdirməlidir.

Ona görə də Qərbin də, beynəlxalq təşkilatların da münasibəti, mövqeyi bizə məlumdur. O təşkilat ki düşmənə silah verir, biz onlara necə etibar edə bilərik? Bu gün erməni bir oyun oynayır. Amma bu oyunda gizli heç nə yoxdur. Azərbaycan Ermənistana ölüm arzulamır. Ermənistan özü ölümə doğru gedir və bunun da günahkarı özüdür”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə