"Əlaqələri daha da yüksək səviyyəyə qaldırmaq olar" - POLİTOLOQ ŞƏRH ETDİ

"Əlaqələri daha da yüksək səviyyəyə qaldırmaq olar" - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan-Tatarıstan əlaqələri humanitar, elmi və iqtisadi cəhətdən yüksək səviyyədədir. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycan arasında əlaqələr, bu əlaqələr fonunda isə Azərbaycan-Tatarıstan münasibətləri xüsusi önəm kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullzadə deyib.

Onun sözlərinə görə, Tatarıstan rəhbərinin Azərbaycanla əlaqələrə önəm verməsi də diqqət çəkir: “Göstərilən bu diqqət isə iki ölkə arasında əlaqələrin inkişafına dinamik töhfə verir. Düşünürəm ki, iki dost ölkə arasındakı əlaqələri daha da yüksək səviyyəyə qaldırmaq olar.

Tatarıstan rəhbərinin ölkəmizə, xüsusilə Zəngəzur iqtisadi zonasına səfəri də bu məsələdə də Azərbaycana verdikləri dəstəyi göstərmiş oldu. Tatarıstanın yaxşı iqtisadi potensialı var və hər iki dövlət bu potensialdan məqsədyönlü şəkildə istifadə edə bilər. Zənnimcə iki dost ölkə arasındakı münasibətlər yüksələn xətlə davam edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə