“Hazırda ekoloji tarazlığın, təbiətin qorunması, atmosferin çirklənməsinin qarşısının alınması, su və torpağın müxtəlif radioaktiv qüvvələrlə çirklənməsinə mane olmaq dünyanın bir nömrəli problemlərindəndir. İllər keçdikcə də bu istiqamətdə müxtəlif proqramlar qəbul olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, ekologiyanın qorunması ilə bağlı beynəlxalq çağırışlar da hər zaman gündəmdə olur: “Hazırda təbiəti çirkləndirən böyük zavodların tikintisinə beynəlxalq səviyyədə məhdudiyyətlər qoyulur. Belə bir zamanda Ermənistanın Naxçıvanla həmsərhəd olan Arazdəyən kəndində 180 min tonluq metallurgiya zavodu layihəsinin hazırlanması birbaşa ekologiyaya qəsddir. Bu mənada hesab edirəm ki, Azərbaycan QHT-ləri haqlı olaraq həyəcan təbili çalırlar. Bu prosesi dayandırmaq üçün dünyada müvafiq ekologiyanın qorunması ilə əlaqədar bütün qurumlar əlaqələndirilməlidir. Məhz bu zavodun təhlükəsizliyi sübut olunduqdan sonra onlar öz işlərini davam etdirə bilərlər. Hazırda isə mövzu ilə bağlı beynəlxalq təşkilatların rəyi yoxdur.
Digər tərəfdən Ermənistan öz mövcudluğu dövründə hər zaman ekoloji təhlükə yayan dövlət kimi tanınıb. Ermənistanın bu addımlarından əl çəkməsi üçün müvafiq işlər görülməlidir. Bu baxımdan QHT-lər bu istiqamətdəki fəaliyyətlərini davam etdirməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB