İran və Səudiyyə Ərəbistan düşmənçiliyi sonlanır?

İran 7 il sonra ilk dəfə Səudiyyə Ərəbistanındakı səfirliyini yenidən açıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İran bu addımı Səudiyyə Ərəbistanı ilə münasibətlərini normallaşdırmaq üçün atıb. Yeddiillik fasilədən sonra rəsmi mərasimlə İranın Ər-Riyaddakı səfirliyi yenidən açıldı. Səfirliyin açılışında diplomat və rəsmilər iştirak edib.

İran Xarici İşlər Nazirinin Konsulluq Məsələləri üzrə müavini Əli Rıza Bikdeli mərasimdəki çıxışında deyib: "Biz bu günü İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdə mühüm bir gün kimi qiymətləndiririk. Ümid edirəm ki, region sabitlik, firavanlıq və tərəqqi təmin etmək üçün daha çox əməkdaşlığa və yaxınlaşmaya doğru irəliləyəcək".

İran və Səudiyyə Ərəbistan mart ayında Çinin vasitəçiliyi ilə münasibətləri bərpa etmək və diplomatik missiyaları yerinə yetirmək barədə razılığa gəliblər.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə