Qarabağ bölgəsinin yüksəlişinin təminatçısı - Qalib Lider - TƏHLİL

Qarabağ bölgəsinin yüksəlişinin təminatçısı - Qalib Lider - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir"

Bəli, artıq İkinci Vətən müharibəsinin qələbəsindən iki il ötür. İki il böyük zaman kəsiyi deyil. Lakin bu qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası olduqca möhtəşəm və genişdir. Görünən odur ki, cəmi 44 günə torpaqlarımızı azad edən Prezident İlham Əliyev ermənilərin viran qoyduğu yurd yerlərimizi sürətlə cənnətə çevirir. Öz doğma yerlərinə qayıdacaq vətəndaşlarımız üçün indi ən mükəmməl həyat şəraiti yaradılır. Bütün bu uğurlar isə, məhz müstəqilliyimizin möhkəm olmasının nəticəsidir.
Prezident İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşündə söyləyib ki, bu görüşün 28 May tarixində təşkil edilməsinin böyük rəmzi mənası olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir".

Bütün bu uğurlar isəAli Baş Komandan, Qalib Lider, Prezident İlham Əliyev cənablarının…

SİYASİ İRADƏSİNİN GÖSTƏRİCİSİDİR

Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş ərazilərin bərpası ilə bağlı göstərişlərini hələ Vətən müharibəsinin davam etdiyi günlərdə vermiş, ilk olaraq azad olunmuş Suqovuşana aparan yolların bərpasına başlanılmışdı. Qələbə ilə başa vurduğumuz müharibədən dərhal sonra öncə infrastrukturların bərpası olmaqla, kompleks quruculuq işlərinə start verilmişdi. Azad olunmuş ərazilərdə yolların yenidən qurulması, dayanıqlı enerji təchizatının təmin olunması, o cümlədən Şuşa şəhərinin bərpası istiqamətində layihələrin icrasına başlanılmışdı.

Bəli, bu gün Qalib Liderimiz, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri zamanı dediyi "Qarabağda cənnət yaradacağıq" vədi sözü ilə əməlin bir olmasının göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etd, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Bir sözlə, bu gün artıq Azərbaycan Respublikasının Prezidenti azad nəfəsalan torpaqlarımızı gəzir, Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür. Azərbaycan xalqı da öz Prezidentinə inanır və güvənir və əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq və artıq bu gün soydaşlarımız işğaldan azad olunmuş torpaqlara, dədə-baba yurdlarına qayıdır. Bu Qarabağ bölgəsinin yüksəlişinin təminatçısı Qalib Liderimiz, Prezident İlham Əliyev cənablarının qətiyyətli, diplomatik uğurlu siyasətinin nəticəsidir.

Elə mayın 27-28-də Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri, səfər çərçivəsində bir sox obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirakı, Laçın şəhərinə qayıdan əhali ilə görüşü, onlara evlərin açarlarını təqdim edilməsi arzusunda və intizarında olduğumuz “Böyük Qayıdış” konsepsiyası inamla gerçəkləşdiyinin reallığıdır.

BU GÜN MÜSTƏQİLLİYİMİZ MÖHKƏMDİR VƏ BUNUN NƏTİCƏSİNDƏ BİZ İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏ QƏLƏBƏ QAZANDIQ. BUNUN NƏTİCƏSİNDƏ BU GÜN BİZ BURADAYIQ….

Bəli, bunun səbəbi müstəqilliyimizin möhkəm olmasıdır ki, İkinci Qarabağ müharibəsində qələbə qazandıq. Bu Qələbəmiz tarixi Qələbədir və tarixi ədaləti bərpa etdik. Dövlət başçımızın dediyi kimi: "Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

Bəli, məhz müstəqilliyimizin möhkəm olmasının nəticəsidir ki, bu gün qaçqınlarımız öz doğma yurdlarına qayıdırlar. Dövlətimizin başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı bildirdi ki, bu görüşün 28 May tarixində təşkil edilməsinin böyük rəmzi mənası olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir".

Dövlətimizin başçısı görüş zamanı onu da bildirib ki, bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır: "Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm".

BİZ ÖZ DOĞMA TORPAQLARIMIZI İŞĞALÇILARDAN AZAD EDƏNDƏN SONRA MƏN DEMİŞDİM Kİ, QARABAĞI VƏ ŞƏRQİ ZƏNGƏZURU CƏNNƏTƏ ÇEVİRƏCƏYİK

"Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsu",-deyən dövlətimizin başçısı vurğulayıb ki, cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun: "Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik".

Zabux və Sus kəndlərinin Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edildiyini xatırladan dövlətimizin başçısı deyib ki, orada da fəal iş aparılır: "Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik".

Prezident İlham Əliyev Laçının azad olunmasının və bu gün keçirdiyimiz görüşün tarixlərinin rəmzi mənası olduğunu deyən dövlətimizin başçısı bildirib: "May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq".

Hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşdüyünü vurğulayan dövlətimizin başçısı bildirib: "Aprel ayında biz Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Yəni, bu tarixlər arasında bağlılıq var".

ULU ÖNDƏR PREZİDENT SEÇİLƏNDƏN SONRA BU GÜNƏ QƏDƏR AZƏRBAYCAN AZƏRBAYCAN SABİTLİK MƏKANI KİMİ, DÜNYADA NÜMUNƏVİ ÖLKƏ KİMİ ÖZÜNÜ TƏSDİQLƏYİB

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib ki, bu ay biz Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd etmişik və ilin sonuna qədər tədbirlər davam edəcək: "Məhz onun Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından – o, prezident vəzifəsinə seçiləndən sonra bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib. O vaxt isə vəziyyət tam fərqli idi. Laçın, Kəlbəcər və Şuşa işğal olunandan sonra təbii ki, erməni silahlı qüvvələri böyük strateji - hərbi üstünlük əldə etmişlər və digər torpaqlarımızı da işğal edə bilmişlər".

Bəli, Uu Önər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev ilk dəfə 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına səs verməklə, Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Məhz bu gün əldə Prezident İlham Əliyevin yürütdüyü siyasət bir daha göstərir ki, bu siyasətə alternativ yoxdur. Və 30 il davam edən işğala, məhz Ali Baş Komandan, Qalib Lider, Prezident İlham Əliyev «Dəmir Yumruq» siyasəti ilə Güclü Ordumuzun qəhrəman əsgər və zabitlərin rəşadəti ilə 44 gün tam bəs etdi və Qələbə Zəfərinə nail oldu. Və bu gün işğaldan azad olunmuş torpaqlara qələbə səfəri və səfər çərçivəsində görülən işlər dünya dövlətlərinin 10 ildə görə bilmədikləri işləri Azərbaycan Prezidenti bu iki il ərzində həyata keçirib. Belə ki, dövlətimizin başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı söülədiyi rəqəmlər deyilənlərin göstəricisidir: "Məhz bu gün müstəqilliyimizin möhkəmlənməsinin nəticəsidir ki, cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Prezident İlham Əliyev bir daha söylədi ki, bu, hələ tam proqramımız deyil: "Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək".

BU GÜN MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSUNUN QƏHRƏMANLIĞI SAYƏSİNDƏ BİZ BUNA NAİL OLMUŞUQ. BİZ DÜŞMƏNİ DÖYÜŞ MEYDANINDA MƏĞLUB ETMİŞİK

"Siz də, bütün Azərbaycan xalqı da, bütün dünya ictimaiyyəti də yaxşı bilirdi və bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi, işğal edilmiş torpaqlardan çıxmaq istəmirdi". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə söyləyib.

Ermənistanın, sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün beş rayonu qaytarmağa hazırdır olduqları, Laçın və Kəlbəcərin isə onların əlində həmişəlik qalması ilə bağlı təklif irəli sürdüyünü xatırladan dövlətimizin başçısı qeyd edib: “Biz isə heç vaxt bununla razılaşa bilməzdik. Mən hər zaman deyirdim ki, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Bu gün müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz buna nail olmuşuq. Biz düşməni döyüş meydanında məğlub etmişik".

Bəli, bu qələbə güclü ordumuzun və qəhrəman əsgər və zabitlərimizin rəşadəti ilə əldə olunub. Prezident İlham Əliyev laçınlılarla görüşdə torpaqlarımızı azad edən gənclərin qəhrəmanlığından danışaraq bildirib: "Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub".

"Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər", - söyləyən dövlətimizin başçısı qeyd edib ki, Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyən Prezident İlham Əliyev onların qəhrəmanlığının heç vaxt unutmayacağını bildirərək deyib: "Onların qəhrəmanlığı, şücaəti sayəsində biz, bax, bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır".

BU GÜN AZƏRBAYCANLA HESABLAŞIRLAR

"Bu gün dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik",-deyən Prezident İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.

“Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır”, - deyə dövlətimizin başçısı qeyd edib. Çünki bu gün diktə edən tərəf qalib Azərbaycandır, Qalib Lider Prezident İlham Əliyev cənablarıdır: "Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də havada qalmayacaq. Əgər mən deyirəmsə ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmasınlar. Onlar bir çox fürsətləri qaçırıblar, bir çox fürsətləri və hər dəfə, necə deyərlər, gərək onların başından vuraydıq ki, özlərinə gəlsinlər".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə