“Prosesdən əziyyət çəkən Ermənistan olacaq“ - DEPUTAT FİKİR BİLDİRDİ

“Prosesdən əziyyət çəkən Ermənistan olacaq“ - DEPUTAT FİKİR BİLDİRDİ

“Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan Baş naziri Nikol Paşinyan hələ də təxribatlara davam edir. Bu gün də Ermənistan sülhü istəmir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, Ermənistanın əsas məqsədi vaxt udmaqdır: “Atdığı bu cür addımlar isə birmənalı olaraq Ermənistanı uçuruma aparır. Qarşı tərəf məhz havadarlarına güvənərək qarşıdurma yaratmağa, məsələni yenidən qızışdırmağa çalışır. Bu gün Ermənistan bütün regional layihələrdən uzaq qalıb. İki ölkə arasındakı danışıqların bir nəticəsi olmalıdır, Azərbaycanla Ermənistan sülhə addımlamalıdır. Əks halda isə prosesdən ən çox əziyyət çəkən Ermənistan olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə