Ərdoğan Prezident seçilərsə ölkəmizdə hansı dəyişikliklər olacaq? - SİYASİ ŞƏRHÇİ DANIŞDI
"Qardaş Türkiyədə keçiriləcək Prezident seçkilərinin ikinci turu Azərbaycanda da yaxından izlənilir. Aydın məsələdir ki, Türkiyədəki bütün seçki proseslərinin, o cümlədən də sonuncu və ayın 28-də keçiriləcək seçki mərhələsinin Türkiyə dövləti və xalqı üçün ən yaxşı nəticələrlə başa çatması bizim ürəkdən arzuladığımız bir şeydir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Ekspert qeyd edib ki, Turkiyə-Azərbaycan tandemi hər iki dövlətə və xalqa xoşbəxtlik gətirən bir tandemdir. Eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin həlledici və möhkəm dayağı rolunu oynayan bir amilə çevrilmişdir.
"Sözsüz ki Ərdoğanın yenidən Prezident seçilmək şansı böyükdür. Hər şeyi ayın 28-də görəciyik Ərdoğanın yenidən Prezident seçiləcəyi təqdirə Azərbaycan-Türk münasibətləri indiki kimi dinamik artan və dinamik inkişaf edən xətlə davam. Eyni zamanda Ərdoğanın hakimiyyətdə olduğu illərdə planlaşdırdığı müəyyən layihələri davam etdirəcəyinə şübhəm yoxdur",- deyə ekspert qeyd edib.
O, vurğulayıb ki, hər iki ölkədə investisiyaların yatırılması, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında Türkiyə kapitalının iştirakı, eləcə də Azərbaycanın enerji daşıyıcıların Avropaya nəql olunmasında Türkiyənin transit imkanlarından istifadə, həmçinin Avropanın enerji ehtiyaclarının ödənməsində Azərbaycan- Türkiyə əməkdaşlığının gücləndirilməsi üçün yeni lahiyələrin də olacağı şübhəsizdir: "Ərdoğanın prezident seçiləcəyi təqdirdə bu lahiyələr yeni mərhələyə keçəcək. Bundan başqa sırf Türkiyənin özünə aid olan məsələlərə gəldikdə isə, sözsüz ki Türkiyənin daxili və xarici siyasətində Ərdoğanın seçilməsindən sonra müəyyən dəyişikliklərin olması mümkündür. Şəraitə uyğun olaraq yeni çalarların açılacağı və islahatların olacağını istisna etmirəm. Xüsusən ölkənin daxili siyasətində dəyişikliklər olması güman olunur. Bundan başqa Türkiyənin xarici siyasətində də yeni dönəm dəyişikliklər istisna olunmur. Xüsusən qərbi Avropa, Orta Şərq ölkələriylə Türkiyənin münasibətlərində və xarici siyasətində yeni dönəmin bəzi dəyişikliklərini görə bilərik. Bütün bunlar Ərdoğanın Prezident seçiləcəyi təqdirdə özünü göstərəcək. Ancaq hər şeyi Türk xalqının iradəsi həll edəcək. Hər şeyi Türk xalqının azad seçim iradəsinə buraxaraq ayın 28-ni gözləyək".
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB