“Ermənistan bu dəfə Azərbaycan ərazisini rəqəmlərlə tanıdı“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistan bu dəfə Azərbaycan ərazisini rəqəmlərlə tanıdı“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Brüssel görüşü deməyə əsas verir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün işıq görünür. Çünki Ermənistan artıq bu dəfə özü Azərbaycan ərazisini rəqəmlərlə tanıdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, Ermənistanın dediklərini hüquqi sənədlə qəbul etməsi lazım və vacibdir: “Biz bir neçə dəfə Ermənistanın razılaşmaya gəlib, lakin təxribatlar törətdiyinin şahidi olmuşuq.

Məlum məsələdir ki, erməni diasporası Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı parametrlərin razılaşdırılması niyyətində deyillər. Hər bir halda Ermənistan tərəfinin üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyinə ümid edirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə