Mayın 6-da Böyük Britaniya və Şimali İrlandiya Kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Londonun Vestminster Abbatlığında baş tutan mərasimdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Qeyd edək ki, mərasimdə bir çox dövlət və hökumət başçıları da daxil olmaqla, iki mindən çox qonaq iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB