"Ermənistan alçaq və şərəfsiz siyasət yürütdüyünü bir daha sübut etdi" - TÜRK Politoloq DANIŞDI

"Ermənistan alçaq və şərəfsiz siyasət yürütdüyünü bir daha sübut etdi" - TÜRK Politoloq DANIŞDI

"Ermənistanın qardaş ölkəmiz olan Azərbaycana qarşı xain və alçaqca törətdiyi sonuncu təxribatı şiddətlə qınayıram". Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi atəşkəs razılaşmasına əməl edərək erməni qüvvələrinə heç bir şəkildə hücum etmədi: "Amma Ermənistan öz xain və mənfur hücumlarını davam etdirərək, öz havadarları olan Fransanı da arxalarına alaraq Laçın istiqamətindəki mövqeləri atəşə tutdu və əsgərlərimizi şəhid etdilər. Buna qarşılıq olaraq Ermənistan da Azərbaycan tərəfdən cavab aldı və bir çox leşləri oldu.Mən onları leş adlandırıram. Çünki itin ölüsü leşdir".

Hakan Aktürk sözlərinə belə davam edib: "Azərbaycan bizim qardaş ölkəmiz və qırmızı xəttimizdir. Azərbaycana qarşı törədilən hər bir təxribat Şuşa Bəyannaməsinə əsasən həm də Türkiyəyə qarşı edilən səhv kimi başa düşülür. Ermənilərin bu alçaq təxribatları Azərbaycanın qarşısını ala bilməyəcək və Azərbaycan geri addım atmayacaq.

Ermənistan Fransanın dəstəyini arxasına alaraq Azərbaycana qarşı etdiyi hücumda nə qədər alçaq və şərəfsiz siyasət yürütdüyünü bir daha sübut etdi. Azərbaycan Müdafiə Nazirliyi bu barədə hər cür tədbir görüb və şərəfli milləti ilə düşmən təxribatlara hazırdır.

Biz də Türkiyə Cümhuriyyəti olaraq şəhid olan azəri qardaşlarımıza Allahdan rəhmət diləyirik. Allah yaralılara şəfa versin. Şəhid hamımızın şəhidi, ailə hamımızın ailəsidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə