“Bu gün terrorçu İran və işğalçı Ermənistan qardaşlığı yaranıb” - SİYASİ ŞƏRHÇİ DANIŞDI
“İsraildə və ya digər ölkələrdə səfirlik açması Azərbaycan Respublikasının müstəqil hüququdur. İran parlamentinin nümayəndələri Azərbaycanın İsraildə səfirlik açmasını İslam dünyasına “zərbə” adlandırır. Əslində isə İslam adına ən böyük ləkə molla rejiminin özüdür”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib. Onun sözlərinə görə, İran parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi bəyanat molla rejiminin növbəti riyakarlığıdır: “Bu mənfur addım İranın yüksək hakimiyyət dairələrinin sifarişi ilə atılıb. Azərbaycanın daxili işlərinə müdaxilə, suveren hüquqlarına hörmətsizlik kimi qiymətləndirilməlidir.
İran vaxtilə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsində yaxından iştirk edib. Otuz ilə yaxın işğal dövründə ərazilərimizin talanmasında, viran edilməsinə İran dəstək verib. Məscidlərimizin təhqir edilməsinə göz yumub. İdni İranınlolla rejimi Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilmir. Belə olan halda, İran Azərbaycanı hansı haqla İslama ləkə vurmaqda ittiham edə bilər? İranın bu mövqeyi həqiqətən də gülüncdür və ikrah hissi doğurur. İran erməni işğalına nəinki biganə qalan, hətta gizli və ya açıq dəstək verən ölkə olub. Həmin dövrdə minlərlə azərbaycanlının soyqırımlarına məruz qoyulması, dünyada görünməmiş vəhşiliklə qətlə yetirilməsi, bir milyondan çox insanın öz yurdundan məcburi köçkün düşməsi nədənsə İranın heç yadına düşmədi. Azərbaycanın Qələbəsindən sonra İran Ermənistana hərtərəfli dəstək verməkdə davam edir. Bu gün terrorçu İran və işğalçı Ermənistan qardaşlığı yaranıb. İslam dünyasına əsl hörmətsizlik, ən böyük zərbə budur. Bu iyrənc siyasətin təməlində isə heç şübhəsiz İranın Azərbaycan dövlətinə və xalqına bəslədiyi düşmənçilik hissi dayanır. Rəsmi Tehran Azərbaycana zərbə vurmaq üçün islamafobiyanın tüğyan etdiyi Fransa kimi ölkə ilə həmrəy olursa, bu, artıq siyasi əxlaqsızlıqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB