“İnam Kərimov savadlı hüquqşünaslardan biridir” - MÜNASİBƏT BİLDİRİLDİ

“İnam Kərimov savadlı hüquqşünaslardan biridir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Bildiyimiz kimi, artıq İnam Kərimov Ali Məhkəmənin hakimi təyin olunub. Bütövlükdə bu kadr təyinatını mən ən məqbul variantlardan biri hesab edirəm. Çünki İnam Kərimov Azərbaycanda savadlı hüquqşünaslardan biridir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə son zamanlar kadr dəyişiklikləri baş verir: “İnam Kərimov vaxtilə "ASAN" xidmətdə özünü doğruldub. "ASAN" Xidmət də Azərbaycanda ən uğurlu dövlət layihələrindən biridir. Ümid edirəm ki, İnam Kərimovun Ali Məhkəmədə də fəaliyyəti uğurlu olacaq və biz məhkəmə-hüquq islahatlarının real səviyyədə olduğunu görəcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə