Mart soyqrımı yaddaşlardan silinməyəcək ŞƏRH

Mart soyqrımı yaddaşlardan silinməyəcək ŞƏRH

Tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqı soyqırımlara və deportasiyaya məruz qalmışdır. Bu soyqrımların ən dəhşətlisi 1918-ci ilin martında törədilmişdir. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində eləcə də Şamaxı, Göyçay, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı Soyqrım hadisəsi törətmişlər. Soyqrım nəticəsində Bakıda 12 min soydaşımız vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan, Göyçay qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın istək, arzu və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmişdir. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir.

31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində mühüm işlər Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır.

Ulu öndərimizin ideyalarını yaşadan, düşünülmüş, mükəmməl siyasi kursunu layiqincə zamanın tələblərinə uyğun olaraq davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdikləri soyqrımlar, cinayətlər, vandalizm aktları faktlarla beynəlxalq aləmin diqqətinə çatdırılır, bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər görülür. Dövlət başçısı cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Təbii ki, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun da soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən mühüm layihələr olduqca əhəmiyyətlidir.

Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazanaraq bütün şəhidlərimizin, o cümlədən, 31 mart soyqırımında qətlə yetirilmiş şəhidlərimizin də qisasını almış oldu .

Ermənilərin xalqımıza qarşı törətdikləri soyqrımların gələcək nəsillərin yaddaşından silinməməsi məqsədilə ölkədə faciələrimizi əks etdirən abidələr ucalır. Tariximizi unutmamaq məqsədilə bu gün doğma Göyçayımızda da “Azərbaycanlıların soyqırımı” abidə kompleksi yaradılmış və kompleksdə həm 31 Mart-Azərbaycanlıların soyqırımı və həm də 26 fevral Xocalı soyqırımı günlərində baş vermiş faciənin fotoları, hadisə qurbanlarının, şəhidlərin, yaralanmış insanların sayı barədə qısa məlumat öz əksini tapmışdır.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə