"Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazası tikilir" - Baş nazir

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazası tikilir" - Baş nazir

"Beynəlxalq yükdaşımalarda Orta Dəhlizin rolu gündən-günə artır". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu dəhlizin təşkil edilməsində öz töhfəsini verir: "2022-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ümumi yük daşımasının həcmi 15 faiz artıb. Tranzit imkanlarının daha da artırılması məqsədilə cənab Prezident Bakı Beynəlxalq Dəniz Ticarət Limanın yükdaşımasının artması istiqamətində ikinci fazanın tikilməsi üçün tapşırıq verib. Bu istiqamətdə artıq işlər başladılıb".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə