Ermənistanın çıxılmaz vəziyyətinə səbəb olan YANLIŞLIQLAR - TƏHLİL
Ermənistanın baş naziri Nikol Paşinyan sülh danışıqlarını sürətləndirməsə, məsələyə yanaşmalarına yenidən baxmasa, Ermənistan da, erməni xalqı da beləcə çıxılmaz vəziyyətdə qalacaq. Bir neçə il qabaq öz xalqının gözündə özünü qəhrəman kimi, xilaskar kimi göstərən, bəzi rıçaqları öz əlinə alaraq bundan hakimiyyəti qamarlamaq üçün istifadə edən beli çantalı küçə nümayişçisi vəziyyətə nəzarəti indi əlinə almalıdır ki, xalqını həqiqətən xilas etmiş olsun, təbii ki, əgər bunu istəyirsə. Lakin Paşinyan hər dəfə öz mövqeyində, çıxışında və qərararında yanlışlıqlara yol verir və özünün də, ölkəsinin də, xalqının da vəziyyətini ağırlaşdırır.
Hiss olunur ki, Ermənistan rəhbərliyi Ermənistan-Azərbaycan nizamlanmasının tərəfdarıdır, amma heç nə edə bilmir. Nikol ya bir işin öhdəsindən gələ bilmir, ya da bəyanatlarından belə görünür ki, o özü beə nə istədiyini anlamır. Erməni baş nazirin ziddiyyətli ritorikası, çıxışları məsələnin həllinə müsbət təsir göstərə bilməz. Türkiyə ilə, Azərbaycanla münasibətləri normallaşdırmaq barədə Nikolun bir niyyəti ola bilər, amma bunun doğru yolunu düşünmək, qəbul etmək üçün görünür ağlı yoxdur. Paşinyan sülh istədiyini görmək çətin deyil, ancaq problem ondadır ki, o, bu sülhə necə nail olacağını anlamır. Üstəlik ona qarşı total hərtərəfli təzyiq faktı da göz qabağındadır və bu təzyiq ölkənin xarici siyasətinə gəldikdə Paşinyanın subyektivliyini sıfıra endirir. Vəziyyət işğalçı ölkə üçün doğrudan da ümidsiz görünür və Paşinyan öz yanaşmalarına yenidən baxmasa, daha doğrusu, Ermənistan-Azərbaycan danışıqlarını yeni, müstəqil, vasitəçilərsiz müstəviyə çıxarmasa, Ermənistanı çıxılmaz vəziyyətə salacaq. Bu işdə ona kömək edə biləcək adamlarıda həmin ökənin Baş Prokurorluğunun dövlət üçün cinayətkar sayması, Paşinyandan uzaqda saxlaması vəziyyəti bir qədər də qəlizləşdirir, hansı ki, yanlışlıqlardan biri də məhz budur.
Qarabağ ermənilərinə, eləcə də erməni xalqına onları boş ümidlərlə ilhamlandıranların zərər çəkdiyini, artıq uduzduğunu başa salmaq mümkündür, lakin Azərbaycanın köməyi olmadan bunu etmək mümkün olmayacaq. İşğalçı ölkədə xaos hökm sürür və hər şey bir-birinə qarışıb, özü də həddindən artıq dərəcədə. Məhz belə şəraitdə, bu vəziyyətdə birtərəfli hərəkətlər gözlənilən effekti verə bilməz. Ermənistan hakimiyyətinin həmin ölkə ictimaiyyətini başa salması, öz xalqını inandırması üçün yenə də Azərbaycanın köməyinə ehtiyacı var, amma bunun üçün də bir yol seçilməlidir. Ümumiyyətlə, Paşinyan komandası, Ermənistan hakimiyyəti hansısa bir yolu seçim etməlidir, belə mövqesizlik heç bir nəticə vəd etmir. Yaxud, işğalçı ölkə hakimiyyəti Azərbaycana danışıqların qəbul edilən bir yolunu təklif etməlidir, Laçın yoluna alternativ olan yolun silah-sursat daşınması üçün vasitə olmasına rəvac verməli deyil. Məsələlərə bu şəkildə yanaşma Paşinyanı da, onun komandasını da çətin vəziyyətə salmaqda davam edir, çünki təxribatlara, terrora rəvac verməklə daha dərin quyuya yuvarlanılır, daha çətin vəziyyətə sürüklənilirlər. Əvvəla ona görə ki, terrora, təxribata rəvac verməklə Paşinyan bunu bir növ öz ölkəsində “leqallaşdırmış” olur, qəbul edildiyi təəssüratı yaradır və özü üçün də təhlükəli vəziyyət yaratmış olur. Digər tərəfdən də, Azərbaycan bu təxribatlara cavab verdikcə, hər dəfə erməni terrorunun qarşısını aldıqca, onları darmadağın etdikcə Nikol öz xalqının da gözündə bir heçə çevrilir, rəqiblərinin də onun qarşısında dilemma ilə çıxış etməsinə şans yaradır və beləlikə vəziyyəti ilk növbədə özü olmaqla, bütövlükdə rəhbərlik etdiyi ölkəsi üçün qəlizləşdirir. Belə olan halda da xarici qüvvələr vəziyyətdən sui istifadə edərək, regiona burunlarını soxmuş olurlar. Halbuki, əgər belə olmasa, Azərbaycanla razılığa gəlinsə xarici qüvvələr bölgədə özərinə yer etməyi ağıllarından belə keçirə bilməzlər. Əfsus ki, bunu mövcud Ermənistan hakimiyyəti də, müxalifəti də dərk edə bilmir və anlamaq istəmir ki, belə yanlışlıqları sayəsində həmişə ziddiyyətlərlə üzləşəcək və gözlənilən nəticəni verməyəcək.
Ermənistan tərəfinin ən böyük yanlışlıqlarından biri, bəlkə də birincisi Qarabağ üzərində öz nəzarətini saxlamaq cəhdi, istəyidir. Ermənistanın bu günkü fəaliyyətinin, gedişlərinin də əsas məqsədi budur və bu niyyət açıq-aşkar görünür. Amma belə bir niyyət öz də səhv yanaşmadır, çünki iki il yarımdan sonra böyük ehtimalla Azərbaycan qoşunlarının Qarabağın ermənilər yaşayan hissəsinə gətiriləcəyi bəllidir və bunu İrəvan da yaxşı bilir. Ermənistan hakimiyyətinin regiona başqa dövlətləri də cəlb etməyə çalışması özü də təsadüfi deyil və sadalananları təsdiq edir. Məsələ burasındadır ki, qorxuya düşən Ermənistan hakiiyyətinin atdığı addımlar erməni və Azərbaycan xalqları arasında barışığın mümkünsüzlüyünü nümayiş etdirir və bunu onlar anlamaqda çətinlik çəkirlər. Nikolun özü də, komandası da ya başa düşə bilmir, ya da bilərəkdən elə edirlər ki, dünya ictimaiyyətində Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə və dövlətinə inteqrasiyasının heç vaxt mümkün olmadığı təəssüratı yaratsınlar. Müharibə bitdikdən sonrakı toqquşmaları, münaqişələri, eləcə də nifrətin qızışdırılmasını iki ölkə arasında guya sülhün mümkünsüzlüyünü göstərmək üçün arqument olaraq toplamaq üçün törədənlər yanlış yolda olduqlarını anadıqları zaman çox gec olacaq və nə o arqumentər onları xilas edəcək, nə də nümayiş etdirdikləri dünya ictimaiyyəti.
Ermənistandan Qarabağa silah-sursatın daşınması bu bölgədəki erməni hərbi qrupunun təchizatı çərçivəsində həyata keçirilir. Deməli, məqsəd yenə də toqquşmalar, təxribatlardır. Bütün bunlar Ermənistanın 2020-ci il Üçtərəfli Bəyannaməni pozması deməkdir. Təkzib edilə bilməz ki, Ermənistan tərəfinin fəaiyyəti Qarabağda mövcudluğunu silahlı vasitələrlə təmin etməyə yönəlib. İrəvan yaxşı başa düşür ki, Ermənistan ordusu müharibə bitdikdən, uduzduqdan sonra çox, həddindən artıq zəifdir və Azərbaycan ordusu ilə birbaşa qarşıdurmaya indi arıq bir neçə gün yox, bir neçə saat belə tab gətirməyəcək. Yaxşı başa düşür ki, üçüncü Qarabağ müharibəsi başlasa erməni silahlı birləşmələri sarsıdıcı məğlubiyyətə uğrayacaq. Bəs onda niyə yenə də silah-sursat daşınır Qarabağa? Deməli, yenə də dünya ictimaiyyətinin gözündən hansısa pərdəni asmaq üçün təxribatların törədilməsi planlanır, amma bu çox böyük yanlışlıqdır, çünki bu zamana qədər namərdliklərinə qarşı dayanmaq qüdrətində olan Azərbaycan bu çirkin niyyətlərini də ifşa etmək, oyunlarını pozmaq əzmindədir.
Ermənistan-Azərbaycan sərhədində, Laçın yolu yaxınlığında nəzarət-buraxılış məntəqələrinin yaradılmasında israrlı olan Azərbaycanın dövlət güc strukturları bu yola tam nəzarət edəcək və hərbi qüvvə, eləcə də texnikanın ötürülməsinin qarşısı qətiyyətlə alınacaq. Ermənistan regiona nə qədər xarici qüvvələri, ilk növbədə, Fransa və Aİ-ni, cəlb etməyə, Aİ müşahidəçiləri ilə Azərbaycan hərbçiləri arasında toqquşmalara səbəb olmağa çalışsa da nəticəsi yenə də erməni xalqı üçün acınacaqlı olacaq. Çünki Qarabağ Azərbaycan ərazisidir və bu ərazilərin terrorçulardan, təxribatçılardan, separatçılardan təmizlənməsi hüququna sahibdir. Belə bir hüquqa sahib olan ölkəni hansısa beynəlxalq təşkilatın qınayacağına, yaxud Fransa kimi ölkələrin, onun prezidenti Makron kimi liderlərin arxa duracağına ümud etmək yanlışlıqdan başqa, üstəlik axmaqlıqdır. Ona görə ki, istər 44 günlük müharibə dönəmində, istərsə də müharibə başa çatdıqdan sonra onların qınamalarının, özü də ədalətsiz qınaqlarının heç bir məna daşımadığını, proseslərə təsir belə edə bilmədiyini, belə bir təsirsiz məqama güvənməyin minlərlə erməni hərbçisinin müharibə meydanında həyatını itirməsi bahasına başa gəlməsini, Ermənistanın böyük itgilərlə qarşılaşmasını, rüsvayçı məğlubiyyət acısını anlamamaq təkcə yanlışlıq deyi, həm də çox böyük bir axmaqlıq, nəticəsi daha ağır olacaq bağışlanılmaz səhvdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB