“Gec-tez ədalət öz yerini tutur” - SİYASİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Gec-tez ədalət öz yerini tutur” - SİYASİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Cənab Prezidentin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki nitqi çox yüksək səviyyəli, bütün dünyanın problemlərini və qlobal çağırışları hədəfləyən bir çıxış idi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, dünya pandemiyadan yeni ayrılıb, pandemiya daha çox az inkişaf etmiş ölkələrə təsir edib, lakin bu ölkələrdə hələ də pandemiyanın nəticəsi olaraq sosial-iqtisadi problemlər qalmaqdadır: “Ölkə başçısı dünyanın diqqətini məhz bu problemlərə yönəltdi, peyvənd millətçiliyi və bu sahədə ayrı-seçkiliyin yolverilməz olduğunu bildirdi.

Eyni zamanda tarixdən bilirik ki, Qoşulmama Hərəkatında Qərb ölkələrindən, xüsusən Fransanın kolonial siyasətindən və soyqırım aktından əziyyət çəkən ölkələr var. Azərbaycan Prezidenti məhz Fransanın bu kolonial siyasətini sərt tənqit edi və hətta bu işğalçılığa məruz qalan ölkələlərə Azərbaycan Qoşulmama hərəkatı çərçivəsində dəstək göstərməyə hazırdır. Çünki Azərbaycan özü də illərdir işğalçılığa və beynəlxalq səviyyədə bu cür ədalətsizliklə üzləşib”.

Vüqar Əhmədov sözlərinə belə davam edib: “Düşünürəm ki, gec tez ədalət öz yerini tutur və artıq Fransanın Afrikada və Asiyada yerləşən koloniya dövlətləri bu həqiqətləri Fransa Prezidenti Makronun üzünə vururlar. Avropa özü illərdir başqa ölkələrə qarşı apardığı qeyri-ədalətli, qərəzli, sümürücü və soyqırım siyasətinin əvəzini ödəməkdədir və zamanla bütün bu haqsızlıqların bədəlini ödəyəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə