Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana gəlir

Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana gəlir

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.

Bu barədə SİA-ya xüsusi nümayəndənin mətbuat katibi Anri Dükken deyib.

"Toivo Klaar bir sıra görüşlər üçün sabah, 6 mart 2023-cü il tarixində Bakıya səfər edəcək. Bu məsləhətləşmələr onun fevralın 24-də Ermənistana son səfərindən sonra aparılır", - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə