Pandemiyanın yeganə çıxış yolu məhz həmrəylik göstərilməsidir - Tsaba Körösi

Pandemiyanın yeganə çıxış yolu məhz həmrəylik göstərilməsidir - Tsaba Körösi

Qarşılıqlı əlaqələrin genişləndirilməsi bu görüşə aktuallıq qatır.

SİA-nın məlumatına görə, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, COVID -19 pandemiyası əsrin ən böyük səhiyyə böhranı sayılır.

"Pandemiyanın yeganə çıxış yolu məhz həmrəylik göstərilməsidir. Bu həmrəyliyi yalnız öz sərhədlərimiz daxilində yox, sərhədləri aşaraqda göstərilməlidir", - deyə o əlavə edib.

Qeyd edək ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə