“Beynəlxalq ictimaiyyət müharibə cinayətlərinə adekvat reaksiya verməlidir” - POLİTOLOQ DANIŞDI
“Ermənistan silahlı qüvvələri tərəfindən "Hərbi əsirlərlə rəftara dair" və "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və "Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair" həmin Konvensiyalara 08 iyun 1977-ci il tarixli 1 №-li əlavə Protokolun müddəalarının kobud surətdə pozulması nəticəsində 1988-1994-cü illərdə 3890 nəfər itkin düşüb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-sinin əsir-girov götürülməsi barədə məlumatlar mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, əsir və girovluqdan azad edilmiş 1480 nəfər şəxsdən 378-i hərbi qulluqçu, 1102-si mülki şəxs olub: “Mülki şəxslərdən isə 224-ü uşaq, 357-si qadın, 225-i qoca olub. Bir müddət öncə Azərbaycanın tam nəzarətinə keçən Xocalı rayonunun Fərrux kəndində insan skeletləri aşkarlanıb. Meyitlər Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində gedən döyüşlərdə şəhid olmuş şəxslərə aiddir.
2021-ci ilin fevral ayının 17-də Şuşanın Daşaltı kəndində müəyyən edilmiş kütləvi məzarlıqda qazıntı nəticəsində oradan təxminən 25 şəxsə aid olduğu ehtimal edilən meyit qalığı çıxarılıb. İşğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində ötən il oktyabrın 4-də daha bir kütləvi məzarlıq aşkarlanıb. Ermənistanın 1949-cu il Cenevrə Konvensiyalarının tələblərini kobudcasına pozması və azərbaycanlılara qarşı etnik nifrət siyasəti yürütməsi bu faktın üzə çıxması ilə bir daha təsdiqlənmiş oldu.
Ümumiyyətlə, ermənilər bölgəyə köçdüyü 19-cu əsrdən etibarən mütəmadi şəkildə bu və ya digər formada terror və təxribatlar törədib. Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB