İlham Əliyevin Münxendə telekanallara müsahibəsi Gürcüstan KİV-lərində

İlham Əliyevin Münxendə telekanallara müsahibəsi Gürcüstan KİV-lərində

\Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 18-də yerli televiziya kanallarına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, gaxa.ge, interpressnews.ge, “24news.ge”, “dalgatv.ge”, “newsday.ge”, “aktual.ge” informasiya portalları, 1tv.ge, rustavi.2 televiziya kanalları Azərbaycan Prezidentinin çıxışından materiallar yayıblar.

Azərbaycan, rus və gürcü dillərində yayılan xəbərlərdə dövlətimizin başçısının Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasındakı çıxışından, eləcə də Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı gözləntilər, Cənubi Qafqazın üç dövləti arasında “Tbilisi formatı”nda sülh platformasının yaradılması və digər məsələlər barədə fikirləri əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə