Yeni təməl – Yeni qalibiyyət

Beynəlxalq münasibətlərin subyekti olaraq, Azərbaycanın dünyadakı nüfuzu və imici, onun həyata keçirdiyi milli inkişaf və təhlükəsizlik siyasəti ilə bilavasitə bağlıdır. Hazırda hər bir ölkənin qarşısında duran ən mühüm və zəruri vəzifə müasir texnologiyaların tətbiqi yolu ilə, ölkədə mövcud olan yanacaq-enerji ehtiyatlarından səmərəli istifadə etməkdir. Bu, güclü qlobal inteqrasiya şəraitində mövcud olan yanacaq-energetika kompleksinin müasir inkişafı üçün, xüsusi rol oynayır. Hər bir ölkənin iqtisadi, siyasi və digər sahələrdə normal, dinamik inkişafının təmin edilməsi, onun iqtisadiyyatının bir çox makroiqtisadi göstəricilərinin səviyyəsindən asılıdır. Bu göstəricilərdən biri də, ölkənin enerji təhlükəsizliyi və rəqabətqabiliyyətli daxili bazarların təhlükəsizliyinin səviyyəsidir. Enerji istehsalalı və təhlükəsizliyi Azərbaycan Respublikasının Prezidenti cənab Azərbaycanın dövlətinin xarici siyasət konsepsiyasının əsas prinsiplərindən biridir. Ölkədəki iqtisadi artım templəri də onu göstərir ki, təkcə Cənubi Qafqaz deyil, xüsusən də Azərbaycan MDB və digər Avropa ölkələrində mühüm yerlərdən birini tutur. Cari ilin fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edərək, bu möhtəşəm layihə haqqında geniş və əsaslı nitqlə çıxış etmişdir.Mingəçevir şəhərində, 2025-ci ildə açılışı planlaşdırılan bu cür əhəmiyyətli enerji mənbəyi həm Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyur, o cümlədən də regionda dövlətimizin mövqeyini möhkəmləndirir.

Xalqımızın əsas enerji mərkəzlərindən olan Mingəçevir şəhərini, vaxtı ilə Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. 20-ci əsrdə Heydər Əliyevin doğma xalqına həsr olunmuş həyatında yeni, daha geniş, çoxşaxəli və hadisələrlə zəngin bir fəaliyyət dövrü başlanması. 1969-cu ildə Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzül şəraitində olan Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi və ölkənin ali partiya və dövlət idarəçiliyinə rəhbərliyi öz üzərinə götürdü. Beləliklə, Azərbaycan tarixində böyük dönüş başlandı. Bu dönüş hər bir sahə üçün olduğu kimi, Azərbaycanın enerji strategiyasının da təməli oldu. 1974-ci ildə, ən böyük elektrik stansiyasının təməlinin qoyulması məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və adı ilə bağlıdır. Tarixi inkişafın gedişi sübut etdi ki, hələ o dövrdə, dahi Lider bugünkü yeni, müstəqil Azərbaycanı qurmağa başladı.İnkişaf konsepsiyasını davam etdirərək, Azərbaycan enerji balansını şaxələndirməyə çalışır ki, bu da enerji təhlükəsizliyinə və davamlı inkişafa müsbət təsir göstərir. Azərbaycan təkcə neft və təbii qaz deyil, həm də elektrik enerjisi ixrac edən enerji qovşağına çevrilməyi hədəfləyir. Ölkəmiz bu günkü gündə özünü tam təmin edir və qonşu ölkələrə də elektrik enerjisi ixrac edir. Qonşu ölkələrdə və Avropada enerjiyə tələbat ildən-ilə artır və elektrik enerjisi ixracını artırmaqda davam etmək Azərbaycanın maraqlarına uyğundur.

Azərbaycanın enerji inkişafının təmin edilməsi ölkənin yanacaq-energetika potensialından səmərəli istifadə əsasında milli və iqtisadi təhlükəsizliyin lazımi səviyyədə saxlanmasının zəruri şərtidir. Enerji sektorunun iqtisadi sabitliyinin mühüm rolu dövlət enerji siyasətinin əsaslarında təsbit olunub, o cümlədən Ümummilli Lider Heydər Əliyevin 1996-cı ilin mayın 30-da imzaladığı “Enerji ehtiyatlarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanun enerji resurslarından istifadə sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və sosial əsaslarını, habelə onun həyata keçirilməsi mexanizminin əsas istiqamətlərini müəyyən edir, dövlətlə hüquqi və şəxslər arasında bu sahədə yaranan münasibətləri tənzimləyir.Enerji hər hansı bir dövlətin iqtisadiyyatının bütün sahələrində əsas rol oynayır, çünki istənilən istehsal prosesi və ya ictimai xidmət növü enerjidən - elektrik və istilikdən istifadə ilə bağlıdır. Buradan belə nəticə çıxır ki, enerji təhlükəsizliyi və enerji səmərəliliyi Azərbaycanın uğurlu iqtisadi inkişafı üçün əvəzsiz şərtlərdir.Əhalinin enerji ilə təmin edilməsi əsas məsələlərdən biridir ki, onun həlli ölkənin davamlı inkişafını, yəni iqtisadi, ekoloji və sosial resursları tükənmədən və gələcək nəsillərə qeyri-proporsional ağır yük daşımadan inkişafı şərtləndirir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə