“Azərbaycanın elektrik enerjisinin gücü günü-gündən artır” - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycanın elektrik enerjisinin gücü günü-gündən artır. Ölkənin enerji gücünün artması sənayenin inkişafını sürətləndirir və ixrac potensialı artırır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 34 yeni elektrik stansiyası tikilmiş və enerji gücü 3400 meqavat artmışdır: “13 fevralda təməli qoyulmuş 1280 meqavatlıq yeni Mingeçevir Elektrik Stansiyası ölkəmizin enerji gücünü daha da artıracaq”.
Deputat sözlərinə belə davam edib: “Bu stansiya müasir texnologiyalar üzərində qurulacağından daha qənaetcil və ekoloji təmiz olacaq. Beləki, il ərzində 1 milyard kubmetrə qədər qaza qənaet olunacaqdır ki, bu da Avropaya qaz ixracında əlavə imkanlar yaradacaqdır.
Ümumiyyətlə, ölkəmizin bərpaolunan enerji gücü 200 gigavata dəyərləndirilir. Son iki ildə işağldan azd olunmuş ərazilərdə 10 yeni elektrik stansiyası tikilib istifadəyə verilmişdir.
Ümumi şəkildə qeyd edə bilərəm ki, enerjisinin yeni istehsal güclərini ərsəyə gətirməklə Azərbaycan Avropanın enerji təhlükəsziliyinin təminatında həll ediici rol oynayacaqdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB