Səfirliyə qarşı törədilmiş terrora qarşı lazımi cavab veriləcək? - POLİTOLOQ ŞƏRH ETDİ

“Bu hadisə ilə bağlı haqlı qərarın veriləcəyini düşünmürəm. Ona görə ki, İran hakimiyyətinin atdığı addımlar ondan xəbər verir ki, onlar terror törədən şəxsi himayə edirlər. Bununla da onlar Azərbaycana qarşı açıq-aşkar şəkildə hörmətsizlik edirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Politoloq qeyd edib ki, əgər Azərbaycanda İran səfirliyinə qarşı bu hadisə baş tutsaydı onlar necə davranardılar? Həmçinin İran polisinin təqdim etdiyi bu uşaq reaksiyası İran tərəfindən qəbul edilərdimi?: “Təbii ki bu hadisə bir daha onu göstərir ki, Bakı və Tehran geosiyasi maraqları üst-üstə düşməyən, eyni zamanda ziddiyyətləri heç zaman tam olaraq hamarlanmayacaq iki qonşu ölkədirlər. Amma müxtəlif ölkələr arasında ziddiyyətlərdə ola bilər. Həmçinin müxtəlif ölkələr arasında maraqların toqquşması halı da baş verə bilər. Əsas məsələ ondan ibarətdir ki, İran hakimiyyəti bu ziddiyyətləri maksimum şəkildə düşmənçilik siyasəti ilə aparır və Azərbaycan da bu münasibətlərin darmadağın edilməsi üçün əlindən gələni edir. Bu isə ondan xəbər verir ki, bu gün İran hakimiyyətində oturanlar rasional qərar vermək qabiliyyətinə malik deyillər. Çünki rasional idarə etmə qabiliyyətinə malik olsaydılar onlar bilərdilər ki, region ətrafında çox ciddi şəkildə münaqişə başlayacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə