"Azərbaycana baxdıqda qətiyyətli addımlarla irəliləyən ölkə görürəm" - İSRAİL RƏSMİSİ BİLDİRİB

"Siyasətçi olaraq düşünürəm ki, bu gözəl bir fürsətdir. Bizim üçün yeni imkanlar açır. Görürəm ki, Azərbaycanın bərpa olunan enerji, kənd təsərrüfatı ilə bağlı işləri çoxdur. Mən Azərbaycana baxdıqda qətiyyətli addımlarla irəliləyən ölkə görürəm. Eyni zamanda, bizim strateji maraqlar üst-üstə gəlir". SİA xəbər verir ki, bu sözləri Ramat-Neqev Regional Şurasının meri və Sərhəd sədri Eran Doron Azərbaycan-İsrail İnnovasiyalar Forumunda deyib.

O bildirib ki, biz bir neçə il öncə İsrail dövləti olaraq tədqiqat və araşdırma qurumları yaratdıq: "Bu bir növ əlaqələndirici mexanizmdir. Təbii ki, biz bunu təkbaşına edə bilmərik. Düşünürəm ki, həm İsrail, həm də Azərbaycanda bu mexanizmlər işləyə bilər. Bu da ölkələrimiz üçün yaxşı bir gələcək yarada bilər. Ona görə hesab edirəm ki, bu iki ölkə arasında əməkdaşlıq çox əhəmiyyətlidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə