YAP Tərtər rayon təşkilatı “Heydər Əliyev İli" ilə əlaqədar silsilə tədbirlərini davam etdirir. Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən, fevral ayının 8-də Tərtər rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının və Tərtər rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında rəsm müsabiqəsi keçirilib.Tədbiri YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov açaraq rəsm müsabiqəsinin keçirilməsinin məqsədi barədə məlumat verib, Ulu Öndərin uşaq və gənclərə, Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.Rəsm müsabiqəsinə məktəblilərin çəkdiyi 36 rəsm təqdim olunub. Rayonun Güləbatlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Sarıyeva Könül Natiq qızı I yerə, Əskipara kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Salmanzadə İlkin Əlövsət oğlu II yerə, Səhləbad kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Babayev Yusif İlham oğlu III yerə layiq görülüblər. Qaliblərə YAP Tərtər Rayon Təşkilatı tərəfindən Təşəkkürnamə ilə təltif olunmuşdur. Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli və Tərtər rayon Təhsil Sektorunun metodisti Kifayət Mürsəlova da iştirak edib.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB