"İran Azərbaycan səfirliyinin təhlükəsizliyini öz ölkəsində təmin etməli idi" - XİN RƏSMİSİ

"Binanın təhlükəsizliyinin təmin olması istiqamətində video kameralar mövcuddur". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Ayxan Hacızadə Azərbaycan Respublikasının İran İslam Respublikasındakə səfirliyinə qarşı törədilmiş terror aktının təfərratları barədə danışarkən bildirib.

Ayxan Hacızadə qeyd edib ki, bu istiqamətdə İran tərəfi öz öhdəliklərini həyata keçirərək, səfirliyimizin təhlükəsizliyini təmin etməli idi: "Azərbaycan bütün ölkələrdə yerləşən səfirliklərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində bütün prosesləri həyata keçirir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə