"Terroru törədən şəxsin ruhi xəstə olduğu deyilir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Ayxan Hacızadə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktının təfərratları barədə danışarkən bildirib.
Qurum rəsmisi bildirib ki, kadrlardan da gördüyünüz kimi bu şəxsin ruhi xəstə olmadığı hər halından bəliidir: "O sərbəst bir şəkildə yerli kanallarına da müsahibələr verib. Bu hadisə əvvəlcədən düşünülmüş və həyata keçirilmiş bir prosesdir. 40 dəqiqəyə yaxın bir müddətdə həyata keçirilən terror hadisəsinə sakit yanaşılmış və heç bir addım atılmamışdır".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB