"Ermənistanın məğlubiyyəti İranı çox sarsıtdı" - DEPUTAT ŞƏRH ETDİ

“İran Ermənistanın hərbi müttəfiqidir və bu ölkəyə qardaşlıq münasibəti ilə yanaşır. Ermənistanın məğlubiyyəti də İranı çox sarsıtdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, İranın Azərbaycana qarşı bütün hücumlarının arxasında Ermənistana olan məhəbbət dayanır: “Bununla yanaşı, Azərbaycanın müasir və dünyəvi dövlət kimi inkişafı totalitar və terrora qurşanmış bir ölkə üçün çox təhlükəlidir. İranın əslində dünya tərəfindən terrorist ölkə kimi tanınmağı məhz Azərbaycan səfirliyinə olan hücumda da özünü büruzə verdi. Eyni zamanda, Ermənistanla İran terror istiqamətində birgə hərəkət edirlər. Orta Şərqdə İran və erməni terroristlərinin birgə fəaliyyəti mövcuddur. Bizim bölgədə də bunun şahidi oluruq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə