Ərdoğan: Makron dövlət başçısı ola bilməz - ŞOK SƏBƏB

Ərdoğan: Makron dövlət başçısı ola bilməz - ŞOK SƏBƏB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa lideri Emmanuel Makronu tənqid edib və onun vəzifəsi üçün lazım olan keyfiyyətlərə malik olmadığını bildirib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan qeyd edib ki, əslində, Fransanın başında duran şəxsin bu dövlətin başçısı olmaq üçün mandatı yoxdur: "Fransa Afrika ölkələri olan Mali və Burkina Fasonu "sümürür".

Türkiyə lideri əlavə edib ki, Makron vicdansızdır və biz beynəlxalq siyasətin dürüstlüyə əsaslanmasını istəyirik: “Makronun psixi cəhətdən sağlam olub olmadığı yoxlanmalıdır. Dini etiqad azadlığının nə olduğunu anlamayan və ölkəsində yaşayan milyonlarla fərqli dinə mənsub insanlara münasibətdə bu cür davranan dövlət başçısına daha nə demək olar?".

Bütün xəbərlər Facebook səhifəmizdə