Səfirliyimizə edilən terror aktı Pakistan və Rusiya mətbuatında ŞƏRH

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyev 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı Pakistan (https://ww.pakistanintheworld) və Rusiyanın (https://www.politrus.com) nüfuzlu saytlarında yazılar dərc edib. Müəllif qeyd edib ki, bu hadisə birbaşa olaraq Azərbaycan dövlətinə qarşı yönəlmiş terror aktıdır və beynəlxalq hüququn pozuntusudur. C.Şahverdiyev yazıda vurğulayıb ki, diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, “diplomatik nümayəndəliklərin binaları istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq, nümayəndəliyinin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir. Bu terror aktı göstərdi ki, İran Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliyini yerinə yetirməyib. Yazıda məlum terror aktının SEPAH tərəfindən həyata keçirildiyi və buna görə İranın Azərbaycandan üzr istəməsi vurğulanıb. Yazıların tam mətnləri aşağıdakı linklərdə: https://pakistanintheworld.pk/live/iran-supposed-to-act-responsible-after-attack-on-azerbaijan-embassy/ https://www.politrus.com/20230129/azerbaycan-iran-4/

ww.pakistanintheworld

Bütün xəbərlər Facebook səhifəmizdə