Ötən gün deputat Erkin Qədirli heç bir əsası olmayan açıqlama verib. O, Azərbaycanda demokratik seçkinin mövcud olmadığını bildirib.Bu heç birəsası olmayan, yerli və beynəllxalq təşkilatları təmsil edən çoxsayı müşahidəçilərin müşahidəsi altında Azərbaycanda keçirilən və yüksək qiymətləndirilən seçkilərə böhtan atmaq xarakteri daşıyan açıqlamadır. Həmkarımın qanunvericilikdə nəzərdə tutulmuş qaydada iki aya qədər müddətdə keçirilən seçkiqabağı kampaniyasında hər bir seçki dairəsində rəqabətin kifayət qədər yüksək səviyyədə olduğu bir şəraitdə keçirilən seçkilərin nəticlərinə kölgə salmaq cəhdi qəbul edilməzdir.
Nəzərə alsaq ki, Erkin Qədirli Azərbaycanın AŞPA-dakı nümayəndə heyətininüzvüdür, onun bu açıqlaması bizi istməyən qüvvələrinəlinə füsət verir. Erkin Qədirli özünü demokratiya carçısı hesab edirsə niyə seçkidən iki il keçəndən sonrabu barədə danışır və deputat mandatını qəbul edib. Bu açıqlama Milli Məclisin deputat mandatını qazanan millət vəkillərinə atılan böhtan kimi qiymətləndiririlməlidir və reallıqla heç bir əlaqəsi yoxdur.
Milli Məclisin deputatı
Rauf Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB