"Fransa rəhbərliyi bu siyasi gedişlərlə özünü bataqlığa sürükləyir" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Fransa və onun kimi demokratiyadan, insan haqlarından dəm vuran Avropa ölkələri əslində öz vətəndaşlarına ən qəddar üsullarla divan tutan ölkələrdir. Biz dəfələrlə bunun şahidi olmuşuq. Dinc etiraz aksiyası keçirən insanların üzərinə atlarla hücum edən polislər onlara qarşı zorakılıq edir, müxtəlif cəza tədbirləri həyata keçirirlər". Bunu SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, insanlar repressiyalara məruz qoyulur, həbs edilir və onlara işgəncələrə məruz qalır: "Fransa kökuməti bu baxımdan daha aqressiv davranır və zorakılıq metodları tətbiq edir. Bu, Fransa hökumətinin əsl mahiyyətini, iç üzünü ortaya qoyur. Başqa ölkələrin daxili işinə qarışan, demokratiya dərsi keçən, özünü insan haqlarının carçısı kimi aparan Fransa siyasi rəhbərliyi yaxşı olar ki, öz əməllərinə baxıb xəcalət çəksin".

S.Kərimli sözlərinə davam edərək bildirib ki, Fransanın qanlı tarixi keçmişi təkcə bizə deyil, bütün dünyaya məlumdur: "Müstəmləkəçilik, işğalçılıq siyasəti, milyonlarla günühsız insanın qətlə yetirilməsi və digər cinayətləri Fransa törədib. Bu gün isə bu ölkənin rəhbərliyi öz xalqına divan tutur. Yeri gəlmişkən, bu günlərdə Fransa prezidenti Emmanuel Makron öz sarayında erməni əsilli terrorçuları qəbul edib, onlarla görüş keçirib. Bu yerdə haqlı sual ortaya çıxır. ASALA terror təşkilatının rəhbəri Ara Toranyan və terrorçu Murad Papazyanın Yelisey sarayında nə işi var? Görünür, Fransa Prezidentinin Azərbaycana qarşı düşmənçilik hissi o qədər güclüdür ki, dünyada qatı terrorçu kimi tanınan quldurlarla görüşür. Fransa bununla bir daha öz həqiqi simasını nümayiş etdirir. Düşünürəm ki, Fransa rəhbərliyi bu siyasi gedişlərlə özünü bataqlığa sürükləyir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə