İtə deyiblər ki, niyə hürürsən, deyib qorxuduram, soruşublar quyruğun niyə titrəyir, cavab verib ki, özüm qorxuram, lap Paşinyan kimi. Faşist Almaniyasına və şəxsən Hitlerin ta kəndisinə biət edən, onun xidmətçisi dədə Paşinyanın nəvəsi Vova oğlu Nikol mətbuat konfransı keçirib və Ermənistanın yaradılışından indiyədək onu mühafizə və idarə edən müttəfiqi Rusiyanın ünvanına bütün leksikonundakı qeyri-etik ifadələri işlədib. Düzdür, həmin söyüşləri açıq şəkildə deməyib, amma sətiraltı ifadələrlə Moskvanı lənətləyib, ermənilərin başına gələn bəlaların günahkarı kimi ittiham edib. Hətta, bu il Ermənistanda keçirilməsi nəzərdə tutulan KTMT-nin hərbi təlimlərini də ləğv edib. Bəs Nikolun hansı fikirləri gündəm olub, yaxud Paşinyan hansı ifadələri işlədib ki, şəxsən Putinin sözçüsü Peskov reaksiya verməli olub?

Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib ki, əgər Laçın dəhlizinin bloku açılmasa… Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və MDB-dən çıxmaq məsələsi gündəmə gələ bilər, amma hələlik bu niyyətdə deyil. Eyni zamanda, Paşinyan qeyd edib ki, Rusiya sülhməramlı kontingenti yolun fəaliyyətini təmin etməlidir, lakin İrəvan Moskva ilə ultimatum şəklində dialoq aparmayacaq. “Düşünmürəm ki, tərəfdaşlarımızla ultimatum dili ilə danışaq. Bu məsələ ilə bağlı söyləməli olduğumuz hər şeyi biz dəfələrlə bəyan etmişik və ümumiyyətlə, əlavə ediləcək heç nə yoxdur", deyib. Paşinyan həm qorxudur, həm də qorxur…
Ermənistanın baş nazirinin sözlərinə görə, Laçın dəhlizi Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin nəzarəti altındadır və sülhməramlılar “dəhlizin normal fəaliyyətini təmin etməlidirlər”. "Biz hesab edirik ki, bizim təsir mexanizmimiz diplomatik yolla olmalıdır, yəni Laçın dəhlizinin açılması üçün beynəlxalq təzyiqlər tətbiq edilməlidir", - o əlavə edib. Bundan əvvəl bir sıra erməni KİV-ləri İrəvanın guya Moskvaya ultimatum təqdim edərək, Laçın dəhlizinin yanvarın 10-dək açılmasını tələb etdiyini yazıb. Bundan başqa, baş nazir bəyan edib ki, Ermənistan öz ərazisində KTMT təlimləri keçirməyəcək.
Qeyd edək ki, dekabrın 12-dən bu günə qədər, artıq 30-cu gündür ki, Xankəndi ilə Laçını birləşdirən və Şuşa şəhəri yaxınlığından keçən yolda ekoaktvistlər etiraz aksiyası keçirirlər. Tələblər də bəllidir, amma yol humanitar yüklər üçün açıqdır. Bu günə qədər həmin yoldan, etirazçıların lap yanından onlarla maşın hər iki istiqamətə hərəkət ediblər. Amma ermənilər bu faktı görməzdən gəlir və dünya ictimaiyyətinə guya yolun tamamilə bağlandığı barədə yalan məlumatlar verirlər. Halbuki həmin yolda Ermənistan hakimiyyətinin hərəkətsizlikdə ittiham etdiyi Rusiya sülhməramlı kontingenti yerləşdirilib. Rusiya Xarici İşlər Nazirliyi ermənilər tərəfindən sülhməramlılara qarşı yönəlmiş tənqidi qəbuledilməz adlandırıb.
Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan son dövrlərdə Qərb dövlətləri ilə görüşlərdə Ermənistan və Rusiya Federasiyasının Azərbaycana qarşı birgə təcavüzkar addımlar ata biləcəyi qorxusu ilə izah edir və onlar qabaqlayıcı tədbirlər görürlər. “Bu absurddur, lakin Ukrayna hadisələri fonunda bu bəyanatlar maraq doğurur və Azərbaycan bundan istifadə edir. Biz rusiyalı həmkarlarımızın diqqətini ona yönəldirik ki, cavab verilmədikdə belə çıxır ki, Rusiya Federasiyasının hərbi mövcudluğu nəinki Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmir, həm də onun üçün təhlükə yaradır. Biz hələ nəticə çıxarmırıq, sadəcə faktları qeydə alırıq”, - deyə baş nazir bildirib. Onun sözlərinə görə, bu, rusiyalı həmkarları ilə dəfələrlə, lakin iş gündəliyi çərçivəsində müzakirə olunub. O, mövzunu ictimailəşdirmək qərarına gəlib ki, cəmiyyətdə hakimiyyətin ölkənin maraqları ilə bağlı məsələyə susması təəssüratı yaranmasın.
Belə çıxır ki, Paşinyan yenə yalan danışır, ictimaiyyəti aldadır, verdiyi mesajlar da daxili auditoriyanı sakitləşdirməyə yönəlib. Çünki, Ermənistanda hər kəs baş verən hadisələrin günahkarı kimi Nikolu görür. İctimai qınaqdan yayınmaq üçün Paşinyan yeni bir metod kəşf edib. Fürsətcil Nikol bu dəfə KTMT-nin təlimlərinin ölkədə keçirilməsinin məqsədəuyğun olmadığını söyləyib. Baş nazir "ən azı bu il" deməklə məsələni çox da dramatikləşdirmək istəməyib, necə deyərlər, əl yeri də qoyub. “Ermənistanın müdafiə naziri artıq KTMT-dəki həmkarlarına yazılı şəkildə məlumat verib ki, bu vəziyyətdə Ermənistanda KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmirik. Bu təlimlər ən azı bu il Ermənistanda keçirilməyəcək”, - baş nazir bildirib.
Qeyd edək ki, yanvarın 1-də Rusiya Müdafiə Nazirliyi 2023-cü ildə KTMT-yə üzv ölkələrin hərbçilərinin “Sarsılmaz qardaşlıq-2023” birgə təliminin Ermənistanda keçiriləcəyini açıqlamışdı. Bir az da əvvələ qayıdaraq xüsusi vurğulamaq istərdik ki, ötən ilin noyabrın 23-də Ermənistanın baş naziri İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının bəyannamə layihəsini imzalamaqdan imtina etdi. Paşinyan bəyan etdi ki, sənəd kifayət qədər yekunlaşdırılmayıb. Ermənistan hakimiyyəti KTMT-nin Qazaxıstanda sentyabrın 26-dan oktyabrın 8-dək keçirilən təlimlərində iştirakdan imtina edib. Ölkənin hərbi fəaliyyətdə iştirakdan imtina etməsinə səbəb Azərbaycanla sərhəd münaqişəsi olub.
Rusiya bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərini keçirməkdən imtina etməsi ilə bağlı Ermənistanın mövqeyini aydınlaşdıracaq. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “Düşünürəm ki, KTMT xətti ilə həmkarlar əlaqə saxlayacaq, Ermənistanın mövqeyinin təfərrüatlarına aydınlıq gətirəcəklər. Hər halda, Ermənistan bizim çox yaxın müttəfiqimizdir, biz indi çox çətin olan məsələlərlə bağlı dialoqu davam etdirəcəyik”, - deyə Peskov əlavə edib.
Göründüyü kimi, siyasətdə naşı olan Paşinyanın fikirlərinə düzəliş etməsi üçün vaxt verən Peskov dolayısı ilə Ermənistanın baş nazirinin müstəqil siyasət yürüdə bilməyəcəyinə də işarə vurub. Əslində Ermənistanın indiki rəhbərliyi müharibədə aldığı ən ağır zərbədən sonar hələ də özünə gələ bilmədiyini əyani şəkildə sübut edir. Bu ölkə hələ də köhnə ab-hava ilə yaşayır, aldığı ağır məğlubiyyəti hələ də sindirə bilmir, yaxud “yuxu xəstəliyi” səbəbindən hələ də yuxudan ayıla bilmir.
Haşiyə: Qazaxıstanın Akmola vilayətinin Esil rayonunun Kalaçi kəndində baş verən və belə demək mümkünsə, yuxu gətirən müəmmalı hadisələri xatırlamalı olduq. Həmin kəndin sakinləri hər kəsin, hətta elm adamlarının təəccübünə səbəb olan bir bəla ilə üzləşirlər. Kəndddə yaşayan sakinlərin bəziləri arasında qəribə, uzunmüddətli yuxuya getmə halları müşahidə edilməyə başlayır. "Yuxu xəstəliyi" bir gündə 100-dən artıq sakinin yatağa düşməsinə səbəb olur. Müəmmalı xəstəlik qonşu Berezovski kəndində də müşahidə edilir. Səhiyyə Nazirliyi müəmmalı "yuxu xəstəliyi"nin səbəblərini araşdırmaq üçün təcrübəli həkimlərini cəlb edir. Məsələyə hətta o vaxtkı prezident Nursultan Nazarbayev də qarışır. Rusiyadan, Çindən, ABŞ-dan, Yaponiyadan və Almaniyadan məşhur tibb alimləri də cəlb edilir. Lakin onlar da bu müəmmalı xəstəliyin səbəbini müəyyən etməkdə aciz qalırlar. Çıxış yolu əhalinin köçürülməsində görülür. Və əhali həmin kəndlərdən köçürülür…
Ermənilər də hələ nə olduğunu anlaya bilmirlər, çünki hələ də yuxudadırlar. “Yuxu xəstəliyi”nə yoluxan “hay”ları ayıltmaq üçün tək bir yol qalır, onları bu torpaqlardan köçürmək, VƏSSALAM!
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB