Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib ŞƏRH

Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib ŞƏRH

Müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından biri də Azərbaycanın gəncliyidir. Gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Gənclər siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində gənclərin iştirakı, gənclər təşkilatına dövlət yardımı, gənc ailələrə dövlət yardımı, gənclərin məşğulluğunun təmin edilməsi, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin mənəvi əxlaqı tərbiyəsi kimi prinsiplər dövlət tərəfindən əsas tutulur. 2022-ci ilin idman yekunlarına həsr olunan 2023-cu il 9 yanvar tarixli mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyev qeyd edib ki, "Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər.Gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq. "Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Respublikamızda beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikintisi bu gün geniş vüsət alıb.Gənclər siyasəti 2020-ci ilin payızında, 2-ci Qarabağ müharibəsində də öz söznü dedi. Vətənpərvər və dövlətçi gənclərimiz vətənimizin Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsini Ali Baş Komandanın rəhbərliyi altında butun gənclər ölkəmizin xoşbəxt gələcəyi üçün birləşib Qarabğı düşməndən azad etdi.Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır. Gənclərin uğuru beynəlxalq konfranslardan, dövlət və hökumət qurumlarından, intellektual bilik yarışlarından eşidilir. Azərbaycan həqiqətlərini-musiqisini, ədəbiyyatını, rəqsini, folklorunu, mətbəxini, milli-mənəvi dəyərlərini dünyanın müxtəlif ölkələrində təbliğ edən gənclər, bütün səy və bacarığı ilə dövlətçilik ənənələrimizi tanıdaraq, dünya ictimaiyyəri tərəfindən sevilməsinə nail olur. Çünki Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabaha - yeni uğurlara imza atmağa daha yaxındır.

Hacı Hacıyev
Azərbaycan Kommunist Partiyası
MİK sədri

Bütün xəbərlər Facebook səhifəmizdə