"WhatsApp"-a girişi məhdudlaşdırılan istifadəçilər artıq "WhatsApp"dan istifadə edə biləcək. SİA xəbər verir ki, onlayn mesajlaşma platforması “WhatsApp” internet istifadəçiləri ilə serverlər arasında körpü rolunu oynayan proksi server sayəsində "WhatsApp"a girişi məhdudlaşdırılan istifadəçilərə bu maneəni aradan qaldırmağa imkan verəcək. "WhatsApp" tərəfindən edilən açıqlamada mesajlaşma tətbiqi daxilində proksi serverdən istifadənin mümkün olacağı bildirilib. Bu yolla internet istifadəçilərinin "WhatsApp"ın bloklandığı ölkələrdə mesaj göndərməyə davam etməsi hədəflənir. Proksi serverlər internet istifadəçiləri ilə internet serverləri arasında vasitəçi rolunu oynayarkən, mümkün senzura və ya məhdudiyyətlər zamanı filtr rolunu oynayır.

Açıqlamada, tətbiqin ən son versiyasına sahib hər bir istifadəçinin yeni xüsusiyyətə daxil ola biləcəyi bildirilib. Bəzi ölkələrdə müəyyən sosial media proqramları və ya mesajlaşma xidmətləri məhdudlaşdırıla bilər. Belə hallarda istifadə edilə biləcək yeni yeniləmə ilə bağlı "WhatsApp"ın rəsmi saytında qeyd edilir ki, məhdudiyyətlər davam edərsə, bu həllin təhlükəsiz ünsiyyətə ehtiyacı olan insanlara kömək edəcəyinə ümid edirik.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə