"MDB dövlətləri arasında da hər şey yaxşı deyil" - POLİTOLOQ ŞƏRH ETDİ

"MDB dövlətləri arasında da hər şey yaxşı deyil" - POLİTOLOQ ŞƏRH ETDİ

“Cənab Prezident İlham Əliyev 26 dekabrda Sankt-Peterburq şəhərinə MDB dövlət başçılarının sammitində iştirak etmək üçün səfər etdi. Bu zaman Putinlə də ikitərəfli görüş keçirildi. Burada Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin inkişafından, strateji müttəfiqlikdən danışıldı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, təbii ki, Azərbaycan-Ermənistan münaqişəsinə də toxunuldu: “Sammitdə Putin bəyan etdi ki, artıq MDB dövlətləri arasında da hər şey yaxşı deyil. Burada Azərbaycan-Ermənistan, Rusiya-Ukrayna, Rusiya-Moldova və Orta Asiya ölkələri arasında da müəyyən fikir ayrılıqlarının olduğu bildirilib.

Burada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirilib. Lakin görüşün nəticələri barədə heç bir məlumat verilmədi. Təbii ki, Azərbaycan burada öz mövqeyini bir daha ortaya qoydu. Paşinyan isə təcili olaraq Laçın yolunun açılması tələbəni irəli sürdü. Daha sonra isə məlum oldu ki, burada heç bir razılıq əldə olunmayıb. Ümumilikdə cənab Prezidentin Sankt-Peterburqa səfərinin əsas əhəmiyyəti özünü mövqeyimizi bir daha qəti şəkildə ortaya qoymağımızda göstərdi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə