"Qərbi azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar" - HƏRBİ EKSPERT DANIŞDI

“Ermənilər bir şeyi bilməlidirlər ki, onların bu təxribat xarakterli əməllərinin sonu yoxdur. Baş verən proseslər qısa müddətdə yekunlaşacaq”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Emin Həsənli bildirib.

Onun sözlərinə görə, 2016-cı ildən cənab Prezident İlham Əliyev qeyd edirdi ki, erməni əsgəri ölmək istəmirsə Füzuli, Ağdamdan rədd olub getsin: “Elə məhz həmin ilin aprel hadisələrində onlar böyük cəza aldılar, lakin ağıllarını yenə başlarına almadılar. Torpaqlarımızı qaytaracaqlarını iddia etdilər.

2020-ci ilin Vətən müharibəsində isə ermənilər daha ağır zərbə aldılar. Sülh danışıqlarına əməl etmədilər, Tovuzda təxribat törədərək, "Qarabağ Ermənistandır" dedilər. Daha sonra erməni müdafiə naziri yeni ərazilər iddia etdilər, separatçılar olmazın təxribatını törətdilər. Azərbaycan dövləti və xalqı bu lazımı cəzanı verdi.

2020-cilin noyabr ayında Ermənistan bəyanata imza atanda öhdəlik götürdü ki, qoşunları Qarabağdan çıxıb gedəcək, rus sülhməramlıları ərazilərimizi tərk edəcək. Bu ilin sonu üçündə aparılan danışıqlarda Brüsseldə Ermənistan tərəfi açıq şəkildə öhdəçiliyinə götürmüşdür ki, bu ilin sonuna qədər sülh müqaviləsi imzalanacaq. Ermənistan müxtəlif təxribatlarla bunu uzadır. Sentyabrın 12-si və 13-ü Laçın-Kəlbəcər istiqamətində təxribat törədərək gərəkən cavabı aldılar. Daha sonra Azərbaycan torpaqlarında, mədənlərimizdə qazıntı işləri apararaq Azərbaycanın ekoloqlarını, dövlət qurumlarının nümayəndələrini əraziyə buraxmırlar. Qarabağda davamlı olaraq təxribatlar törətdilər. İndi də artıq görünən odur ki, Azərbaycan dövlətinin dəmir yumruğu bunların başına dəyməlidir. Ermənistan vəziyyəti normallaşdırıb Türkiyə-Azərbaycanla münasibətlərini yaxşılaşdırmalıdır. Qərbi Azərbaycandan köçüb gələn soydaşlarımız yerlərinə dönməlidirlər. Əks təqdirdə isə Azərbaycan torpaqlarından rədd olub getməlidirlər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə