Rus sülhməramlıların fəaliyyəti və erməni təxribatları nəyə yönəlib? - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Baş verən hadisələrin əsas səbəbi 2020-ci il 10 noyabr bəyanatını Ermənistanın icra etməməsidir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ramil Məmmədli bildirib.

Hərbi-ekspert qeyd edib ki, bəyanatda qeyd olunmuş müddəalar Ermənistan tərəfindən həyata keçirilmir: “Bu bəyanatın 4-cü bəndində Ermənistan hərbi ordusunun ərazidən çıxarılması nəzərdə tutulub. Hesab edirəm ki, bütün problemlərin əsası məhz bununla bağlıdır. Yəni bu bəndin icra edilməməsi, Ermənistan Silahlı Qüvvələrinin Qarabağ ərazisində tərki silah olunmaması ilə bağlıdır. Təxribatlarında baş verməsi məhz ermənilərin silahlı şəkildə olmasından irəli gəlir. Ermənilər Laçın dəhlizini öz məqsədləri üçün istifadə edirlər. Hesab edirəm ki, Laçın dəhlizinə Azərbaycan tərəfi nəzarət etməlidir. Bununla da bu kimi problemlər aradan qalxmalıdır.

Ermənistanın son 2 ildə atdığı addımlar sülh müqaviləsindən yayınmağa yönəlib. Bu proses indidə davam edir. Onların əsas məqsədi sülh müqaviləsindən yayınaraq, maksimum şəkildə beynəlxalq təşkilatların diqqətini Qarabağ münaqişəsinə cəlb etməkdir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə