"Məqsəd yoldan cinayətkar məqsədlərlə istifadə edilməsinin qarşısının alınmasıdır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Məqsəd yoldan cinayətkar məqsədlərlə istifadə edilməsinin qarşısının alınmasıdır" - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan ictimaiyyəti nümayəndələrinin Laçın yolunda həyata keçirdiyi etiraz aksiyaları Azərbaycanın öz suverən, daxili və müstəqil hüququndan irəli gələn məsələdir. Burada məqsəd tam aydındır. Etirazçıların məqsədi Azərbaycanın tarixi torpaqlarının erməni terrorçuları tərəfindən məhv edilməsi, təbii sərvətlərimizin daşınması və bir çox qanuna zidd əməllərin qarşısının alınmasıdır. Əlbəttə ki, bu dinc aksiyadır, artıq 15-ci gündür ki, azərbaycanlı fəallar Laçın yolunda dinc aksiya keçirirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, burada yolun bağlanmasından belə söhbət gedə bilməz: “Çünki hamıya məlumdur ki, aksiya iştirakçıları yalnız yolun hərəkət istiqamətində və yolun kənarlarında dayanırlar. Onlar öz şüarlarını səsləndirir, etirazlarını bildirirlər. Bu ərazidən humanitar məqsədli avtomobillərin keçməsinə heç bir problem yaradılmır. Eyni zamanda Rusiya sülhməramlılarının nəqliyyat kalonları tam sərbəst şəkildə istər Ermənistan gələrək, Laçın yolundan keçib Xankəndinə, istərsə də əks istiqamətdə tam rahat şəkildə hərkət edirlər. Burada əsas məqsəd bu yoldan cinayətkar məqsədlərlə istifadə edilməsinin qarşısının alınmasıdır. Yəni artıq 15 gündür, ki Azərbaycanlı fəallar bu yola nəzarət edirlər. Bu yoldan müəyyən miqdarda silah-sursatın daşınması, Azərbaycan ərazilərinin minalanması məqsədilə aparılan minalar, eyni zamanda ərazilərimizdəki təbii sərvətlərin daşınması yönümündə də hüquqa zidd digər əməllərin qarşısı alınıb. 15 gündür ki, cinayət dəstələrinin artıq nəfəsi kəsilib, onlar burada öz mənfur əməllərini həyata keçirə bilmirlər.

Bu günlərdə cənab Prezident Qərbi Azərbaycan icmasının üzvləri ilə görüşündə bildirdi ki, bu proses Azərbaycanın daxili işidir və biz bu hüququmuzdan öz məqsədlərimizə nail olana qədər istifadə edəcəyik. Etirazçılar da öz istəklərinə nail olana qədər etiraz aksiyasından əl çəkməyəcəklər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə